Çanye-5 kosmik aparatı Yerə qayıtmağa hazırlaşır
Çinin Aydan süxur nümunələri gətirmək üçün orbitə çıxardığı Çanye-5-in (Chang'e-5) kosmik aparatının qayıtma modulu Yerə dönməyə hazırlaşır.
TED.az xəbər verir ki, kosmik aparatın enmə-qalxma modulu Ay səthindən təxminən 2 kiloqram süxur nümunələri götürdükdən sonra qalxma modulu Aydan aralanaraq orbitə qalxıb. Qalxma prosesi cəmi 6 dəqiqə çəkib.
Modul Yən orbitində gözləyən Çanye-5 kosmik aparatı ilə birləşərək, topladığı süxur nümunələri ona ötürəcək. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparatın geri qayıdan modulunun dekabrın 16-17-də Çinin şimalındakı Daxili Monqolustan muxtar rayonunda Yerə enməsi planlaşdırılır.
Qeyd edək ki, Çinin Aydan nümunələr gətirmək üçün başladığı ilk missiya noyabrın 24-də başlayıb. Çinin kosmos tarixində vacib məqamlardan olan bu hadisə, həm də dünyada son 40 ildə Aydan nümunələr gətirmək üçün göndərilən ilk missiyadır.
Çanye-5 kosmik aparatının ağırlığı 8,2 tondur və orbitdə qalmağı, Ayın səthinə enib-qalxmağı, uçuşu və Yerə qayıtmağı təmin edəcək dörd moduldan ibarətdir. Ayın orbitinə daxil olduqdan sonra enmə-qalxma modulu Çanye-5-dən ayrılaraq Yerin təbii peykinin görünən tərəfinin qərb hissəsində olan qasırğalar okeanındakı Ryumker piki rayonunda Ay səthinə uğurlu eniş edib. Çanye-5 isə Ayın orbitində dövrə vurmağa davam edib. Enmə-qalxma modulu robot vasitəsilə Ayın səthini qazaraq geoloji süxur nümunələri yığıb. Modulun endiyi yerin geoloji yaşı ABŞ-ın və keçmiş SSRİ-nin 40 il əvvəl nümunələr götürdüyü yerdən daha gəncdir.
Aydan gətiriləcək süxur nümunələri Yerin təbii peykinin yaşının öyrənilməsi və Günəş sisteminin tədqiqatına kömək edəcək.
Elm bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









