AZ

Düyməli telefonlar hələ də populyardır - Bəs bazara hansı istehsalçı liderlik edir? 

 

153abbbf3a1506ff1c964e6fc7d66091.jpg
11.12.2020 14:28

Samsung bu bazarda üçüncü yerdədir. ITel liderlik edir, ikinci yeri isə düyməli Nokia istehsal edən HMD Global tutur.

 

Uzun müddətdir ki, smart telefonlar düyməli telefonlardan daha da populyardı. Lakin düyməli telefonlar inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrdə fəal şəkildə istifadə olunur. Son məlumatlara görə, qlobal düyməli telefon bazarında iTel 24% bazar payı ilə liderdir. İkinci sırada Nokia şirkəti gəlir - 14%. Smartfon bazarına liderlik edən Samsung qlobal düyməli telefon bazarında üçüncü yerdədir. 

 

TED.az xəbər verir ki, "Counterpoint Research"un hesabatına görə, bu ilin üçüncü rübündə Cənubi Koreyanın texnoloji nəhəngi 7.4 milyondan çox düyməli telefon satıb. 

 

Samsung şirkəti Tecno ilə eyni yeri bölüşüb, hər ikisi bazarın 10%-nə sahib olub. Hindistan şirkəti Lava dünyanın ən böyük beşinci mobil telefon markasıdır. 

 

Ümumilikdə, üçüncü rübdə bütün dünya üzrə 74 milyon düyməli telefon satılıb.

 

Bu mobil telefonlar üçün ən böyük bazar Afrika və Yaxın Şərqdir. 2019-cu ilin eyni dövrü ilə müqayisədə satışlar illik 17%, Şimali Amerikada isə 75% azalıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox