AZ

Bakı metrosu fəaliyyətini nə zaman bərpa edəcək? - RƏSMİ AÇIQLAMA

 

736f9c5a3419d46be18881e28ae29efc.jpg
13.01.2021 12:59

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyətinin bərpa olunacağı əsas müzakirə olunan məsələlərdən birinə çevrilib.

 

TED.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunun üçün Nazirlər Kabineti yanında Operativ Qərargah hələlik qərar açıqlamayıb.

 

Yaxın günlərdə Bakı metrosunun fəaliyyətini bərpa edəcəyi ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sual ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, bu barədə qərarı Operativ Qərargah verəcək:

 

"Bakı Metropoliteni" QSC hazırda fəaliyyətini davam etdirir. Əgər fəaliyyətin bərpa edilməsi ilə bağlı hər hansı qərar verilməzsə, yanvarın 31-i saat 6-da metronun fəaliyyəti yenidən bərpa olunacaq".

 

Qeyd edək ki, 2020-ci il ərzində metropoliten 202 gün ümumiyyətlə sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox