Kriptovalyutaların təhlükəli olduğu bildirilir
Son günlər kriptovalyuta bazarının dəyişkənliyi və dələduzluq hallarının artması ilə bağlı daha ciddə nəzarətə alınmasının vacibliyi vurğulanır.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqard bitkoinin möhtəkirliyə məruz qaldığını, çirkli pulların yuyulmasında istifadə olunduğunu qeyd edərək beynəlxalq miqyasda, bəlkə, G7 və ya G20 səviyyəsində kriptovalyuta bazarının tənzimlənməsinə ehtiyac olduğunu irəli sürüb.
ECB rəhbəri, həmçinin rəqəmli məkanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qabaqlayıcı tədbirlər hazırlayan Maliyyə Fəaliyyətlərini Tənzimləmə Qrupu (FATF) tərəfindən də kriptovalyutalara getdikcə daha çox diqqət yetirildiyini dilə gətirib.
Həmçinin Böyük Britaniya Maliyyə İdarəçilik Qurumu (FCA) da kriptovalyutalara əsaslanan qanunsuz yatırım zəncirlərinin geniş vüsət aldığını qeyd edərək bu cür zəncirlərdə iştirak edən hər kəsin bütün pullarını itirə biləcəyinə hazır olmasını bildirib.
Bir mənbənin sözlərinə görə, FCA kriptovalyutaların məzənnə dəyişkənliyi nəticəsində istehlakçıları maraqlandıraraq həmin aktivlərə yatırımların artmasına səbəb olacağından narahatdır.
Qeyd edək ki, ötən il ərzində 4 dəfədən çox bahalaşaraq yanvarın əvvəlində 40 min ABŞ dollarını “görən” bitkoin daha sonra müəmmalı səbəbdən 17 faiz ucuzlaşıb. Bu cür dəyişkənlik bir çox böyük sərmayə təsisatlarını perikdirir.
Xatırladaq ki, bu həftə Almaniya prokurorluğu kriptovalyutalarla ödənişlərin aparıldığı dünyanın ən böyük qanunsuz onlayn alış-veriş portalı Dark Market-i bağlamışdı.
Dünya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









