AZ

Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edildi - VİDEO

82a508d68a28c6cc4f7a7e75067cf788.jpg
14.01.2021 19:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.


TED.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçısına Çinin Sinovac şirkətinin istehsalı olan CoronaVac vaksini vurulub.


Qeyd edək ki, Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində CoronaVac vaksininin tətbiqinə icazə verib.


Ötən gün Türkiyənin səhiyyə naziri Fahrettin Koca və bir sıra şəxslər koronavirusa qarşı peyvənd edilib. Bu gündən etibarən isə bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox