Azərbaycanın Milli Aerokosmik Agentliyi beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadovla Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi və məsul diplomat Peter Cseh arasında görüş keçirilib.
TED.az xəbər verir ki, məqsəd iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsidir.
Həmçinin qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.
Müzakirə edilən məsələlərin MAKA-nın gələcək inkişaf strategiyasına və qarşılıqlı əlaqələrin genişlənməsinə təkan verəcəyi nəzərə çatdırılıb. Görüş qarşılıqlı anlaşma şəraitində uğurla başa çatıb.