AZ

Covid-dən sağalanlar mutasiya etmiş virusa yoluxmayacaq

 

054fd7252836c5a6b3c1d531b62b3284.jpg
19.01.2021 17:35

ABŞ və İsveçrə alimləri COVİD-19-dan sağalan insanların orqanizminin virusu yadda saxlaya bilən hüceyrələr sayəsində infeksiyaya qarşı mübarizə aparmağa qadir olduğunu təsdiqləyiblər. 

 

TED.az xəbər verir ki, bu barədə Nature jurnalında dərc olunan məqalədə deyilir.

 

Tədqiqatçılar sağalan insanların orqanizmində virusa yoluxduqdan 1,3 və 6,2 ay sonra infeksiyanı tanıyan xüsusi B-yaddaş hüceyrələrinin yarandığını açıqlayıblar. Bu hüceyrələr virusun orqanizmə yenidən daxil olduğu zaman onu tanıyır və koronavirusa qarşı fəaliyyət göstərir. 

 

Bundan əlavə, həmin hüceyrələr SARS-CoV-2 mutasiyalarına qarşı da davamlı olur.

TED + bölməsindən digər xəbərlər

Daha çox