AZ

Microsoft Azərbaycanın distant tədris təcrübəsindən yazdı - Data əsaslı təhsilin gələcək perspektivləri

90c288ecea59d4dcf0a22cc6510e0e3c.png
21.01.2021 13:10

Microsoft şirkəti Azərbaycanın “Virtual Məktəb” platformasının fəaliyyətinin təhlilinə dair məqalə dərc edib.

 

TED.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev də rəsmi Feysbuk səhifəsində paylaşım edib.

 

Bildirib ki, məqalədə 1,3 milyon nəfərdən çox istifadəçisi olan Virtual Məktəb platformasının məktəbəqədər və ümumi təhsil pillələri üzrə təhsil alan şagirdlərin öyrənmə prosesini təmin etdiyi xüsusi vurğulanıb. Şirkət Azərbaycan təcrübəsini yüksək dəyərləndirərək təhsildə innovativ texnologiyaların tətbiqini və data əsaslı təhsilin gələcək perspektivlərini uğurlu qiymətləndirib.

Elm bölməsindən digər xəbərlər

Daha çox