Əvvəl 20 günə keçirilmiş qiymətləndirmə distant tədrislə 4 günə yekunlaşacaq - Yeni qaydalar nədən xəbər verir?
Uzun müddətdir, orta ümumtəhsil müəssisələrində tədris distant qaydada təşkil olunsa da, vahid qiymətləndirmə qaydalarının olmaması müzakirə mövzusu idi. Bir neçə gün öncə Təhsil Nazirliyi kantın dövründə qiymətləndirmənin təşkili qaydalarını təsdiqlədi.
Bəs yeni qaydalar distant tədrisə nə dərəcədə uyğundur?
Mövzu ilə bağlı TED.az-a danışan təhsil eksperti Kamran Əsədov xatırladıb ki 2020-ci ilin mart ayından dərslər onlayn keçirilir. 2019-20-ci tədris ili başa çatanda məktəbdə qiymətləndirmə keçirilməyib. Sagirlərin bilikləri onların 1-ci yarımildəki nəticələrinə əsasən qiymətləndirilib: "Bu başadüşülən olsa da, ədalətli deyildi. Çünki ilk yarımildə qiyməti aşağı olan və 2-ci yarımildə onları düzəltmək istəyən şagirdlər var idi. Amma onlara bu şans verilmədi. İndi isə yanvarın 27-i 1-ci yarımil başa çatacaq və Təhsil Nazirliyi qeyri-iş günü 2-ci yarımil üzrə yeni qiymətləndirmə qaydaları müəyyənləşdirib. Maraqlısı budur ki, qiymətlərdirmə yanvarın 22-dən 26-dək keçiriləcək. Bu kifayət qədər sıx qrafikdir. Dərslər ənənəvi qaydada keçiriləndə belə, qiymətləndirmə üçün ən azı 20 gün vaxt lazım idi. 4447 ümumtəhsil məktəblərində 1,6 milyon şagirdin heç də hamısının kompüter, planşet və interneti yoxdur. Üstəlik onların hamısı elektron dərslərdə iştirak etməyiblər. Birmənalı şəkildə hesab edirəm ki, şagird birliklərinin qısa müddətdə yoxlanması ciddi problemlərə gətirib çıxaracaq. Əlbəttə, müəyyən qədər anlamaq olar ki, Təhsil Nazirliyi mütləq şəkildə məktəblilərinin biliklərini yoxlamalı idi".
O bildirib ki, qiymətləndirmə 100 ballıq şkala ilə həyata keçiriləcək: "Amma nə qədər sual olması müəllimin öhdəliyinə buraxılıb. Hesab edirəm ki, müəllimlərin necə sualdan istifadə etməsi konkret müəyyənləşdirilməlidir. İkincisi, bu qədər müəllimin o qədər sual hazırlaması real deyil. Ona görə də, yaxşı olardı ki, 1-ci yarımil üzrə qiymətləndirmə aparılmasın.
Bundan əlavə, sentyabrın 27-dən noyabrın 10-a qədər ölkəmizdə internet məhdudlaşdırıldı və bəzi dərslər keçirilmədi. İndi isə bu qədər dərsdən istifadə məsələsi var. Müəllimlərin özünün ədalət hissi olmalıdır ki, obyektiv qiymətləndirsinlər. Bütün hallarda bu, müəllim və şagirdlərin məsuliyyəti üçün çox vacib idi. Ümumiyyətlə, pandemiya dövründə təhsilin təşkili qaydaları çox ciddi müzakirə predmetinə çevrilməlidir. Şagird biliklərinin obyektiv qiymətləndirilməsi çox vacibdir. Bu qiymətləndirmələr Azərbaycan təhsilinə yeni üsul və vasitə gətirəcək. Çünki postpandemiya dövründə belə, bu qaydalardan mütləq istifadə etməliyik. Konkret bəndələrə baxsaq, burada şagirdlər üçün müəyyən qədər humanist yanaşma da var. Bir neçə formatda həyata keçiriləcək və bunu müəllim seçəcək. Tam tətbiq edilsə, Azərbaycan təhsili üçün yeni yanaşma olacaq".
Lamiyə SÜLEYMANLI
Elm bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










