AZ

Bill Qeyts peyvənd olundu - KORONAVİRUSA GÖRƏ

f14929b9a9aeda7901d583728f944b2c.png
22.01.2021 21:45

Microsoft şirkətinin banilərindən biri Bill Qeyts koronavirus əleyhinə peyvənd edilib.


TED.az xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində məlumat yayıb.


O, birinci dozanı aldığını qeyd edib və COVID-19 preparatının yaradıcılarına təşəkkür edib.


"Üstünlüklərdən biri budur ki, 65 yaşım var, COVID-19-a qarşı vaksin hüququna malikəm. Bu həftə birinci dozanı aldım və özümü əla hiss edirəm. Bütün alimlərə, sınaqların iştirakçılarına, nizamlayıcı idarələrə və öndə olan həkimlərə, hansılar ki, bizi bu ana gətirib çıxardılar – təşəkkürlər", - B.Qeyts Tvitterdə yazıb.


Milyarder məhz hansı vaksinin dozasını aldığını açıqlamayıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox