10 yaşlı uşaq öldü - İtaliya hökuməti TikTok-a qarşı hərəkətə keçir
İtaliyada on yaşlı uşağın ölümündən sonra hökumət TikTok qısa videolar servisinə qarşı sərt addımlar atmaq qərarına gəlib.
TED.az xəbər verir ki, onlayn platformada yaşını birmənalı şəkildə isbat edə bilməyən istifadəçilərin hesabları dondurulacaq.
Hökumətin məlumatına görə, bu qərar hələlik fevralın 15-dək qüvvədə olacaq. TikTok-dan müştərilərin qeydiyyatı qaydalarına müvafiq düzəliş etməsi tələb olunub.
İtaliyanın Siciliya adasındakı Palermo şəhərində 10 yaşlı uşaq Blackout Challenge adlı yarışda iştirak edib. “Oyun”un şərtlərinə görə, iştirakçılar özlərini boğmalı, mümkün qədər uzun müddət hava almadan olduqları vəziyyəti videoya çəkməlidirlər. Ev xalatının kəməri ilə özünü boğan uşağı tapan valideynləri onu xəstəxanaya çatdırsalar da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
TikTok platformada hesab açmaq üçün minimum yaş həddini 13 olaraq müəyyən etsə də, bunun üçün ciddi nəzarət mexanizmləri mövcud deyil və 10 yaşlı uşaq maneəsiz şəkildən qeydiyyatdan keçib.
Hazırda Palermo Şəhər Prokurorluğu intihar həddinə çatdırma maddəsi ilə cinayət işinə başlayıb və 10 yaşlı Antonellanın mobil telefonu təhqiqat üçün götürülüb.
Avropada təxminən 100 milyon istifadəçinin qeydiyyatdan keçdiyi TikTok platformasının baş vermiş hadisə ilə bağlı yaydığı açıqlamada üzvlərin təhlükəsizliyinin onlar üçün ən mühüm prioritet olduğunu elan edib.
Onlayn platforma azyaşlının ölümünə görə açılan cinayət işində rəsmi qurumlarla əməkdaşlığa hazır olduğunu da bəyan edib.
Dünya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









