Azərbaycanın utilizasiya proqramı kimləri avtomobilsiz qoyacaq? — Mütəxəssis
Son günlər Azərbaycanda köhnə avtomobillərin utilizasiyası ilə bağlı proqramın həyata keçiriləcəyi bildirilir. Bu xəbəri eşidən köhnə avtomobil sahibləri narahat olmağa başlayıb. Bəs görəsən, hansı maşınlar köhnə hesab olunur? Bu proqramın icrası hansı avtomobillərə şamil olunacaq?
Mövzu ilə bağlı TED.az-a danışan nəqliyyat eksperti Şahin Göyləroğlu köhnə avtomobil anlayışının yalnış olduğunu bildirib:
“Yararsız avtomobil ola bilər. İllə hesablasaq, düzgün olmayacaq. Almaniyada bu gün istehsal ilindən asılı olmayaraq dizellə işləyən maşınları yeni olsa belə istismara, ekoloji normalara yararsızdır deyib, utilizasiya edirlər. Hansı ki, bir çox dünya ölkələri o avtomobilləri böyük həvəslə import edir və ölkəsində istifadə edir. Ona görə də biz avtomobilin köhnəlməsi deyil, yararsızlığı üzərindən çıxış edə bilərik".
Onun sözlərinə görə, Azərbaycan Respublikası Yol hərəkəti təhlükəsizliyi haqqında 2019-2020-ci illəri əhatə edən Dövlət Proqramının 7.3.7 bölümündə utilizasiya haqqında məlumat var: "Orada hansı avtomobillərin utilizasiya olunması barədə qeyd olunub. Azərbaycanda əsas şərt belə qoyulub ki, utilizasiya texniki təhlükəsizlik cəhətdən, eyni zamanda ekoloji cəhətdən yararsız olan avtomobillərə şamil olunacaq. Texniki təhlükəsizlik dedikdə aktiv-passiv təhlükəsizlik və qəza sonrası təhlükəsizlik nəzərdə tutulur. Ekolojini də kənara qoyaraq sadəcə bu təhlükəsizlikləri nəzərə alsaq ölkədə olan 60 faiz, hardasa 650000 avtomobil bu siyahıya düşür. Bu, köhnə sovet istehsalı olan avtomobilləri əhatə edir".
Ekspert ilk olaraq istehsal tarixindən 30 ildən çox keçmiş avtomobillərin utilizasiya proqramına daxil ola biləcəyini qeyd edib: “Çünki bu avtomobillər bizdə o qədər çoxdur ki, birdən-birə bu qədər maşına kompensasiya ödəmək və yaxud bu qədər avtomobili əhalinin əlindən almaq bir az çətin olacaq. Düzdür, yararsız avtomobillər də təhlükəlidir, amma bunu birdən-birə etmək çətin ola bilər. Ona görə də proqramın icrası bəlkə də 2-3 il çəkəcək və ilk etapda 1990-cı ilə qədər istehsal olunan avtomobillər götürüləcək. Çünki bunlar nə təhlükəsizlik nə də ekoloji normalara uyğun gəlir”.
“İkinci etapda 90-95-ci illər arası texniki təhlükəsizlik və ekoloji normalara cavab verməyən avtomobillər götürülə bilər. Əgər ölkənin maddi vəziyyəti yaxşı olarsa və gələcəyə doğru Avropa normativləri, ekoloji normativlər, dünyada üzərimizə götürdüyümüz öhdəliklər bizi sıxarsa, o zaman, düşünürəm ki, 3-4 ildən sonra 2000-ci ilə qədər istehsal olunan avtomobilləri təhlükəsizlik və ekoloji yararsızlığına əsasən utilizasiya edə bilərlər”, — deyə Şahin Göyləroğlu vurğulayıb.
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








