"Robotun qohumbazlığı yoxdur, rüşvət almır" - Azərbaycanda ilk olaraq hansı sahələr robotlaşdırılmalıdır

Gələcək yaşamımızda robotlarla birgə iş mühitini, sosial həyatımızı paylaşacağımıza dair tez-tez fikirlər səslənir, mülahizələr irəli sürülür. Pandemiya ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində bu proses sürətlənərək artıq reallaşmağa başlayıb. İnsanların səhiyyə və xidmət sahələrində robotların xidmətindən istifadəsi maraqla qarşılanır. Bəs Azərbaycanda ən çox hansı sahələrdə insan əməyini robotlarla əvəz etməyə ehtiyac var?
Mövzu ilə bağlı TED.az-a danışan “Microsoft Azerbaijan”ın rəhbəri Qaçay Mirzəyevin sözlərinə görə, bütün dünyada robotları tez-tez təkrar olunan işlərdə tətbiq edirlər: “Əsas məqsəd insanı rutin işdən azad edib yaradıcı işlərə yönəltməkdir. Azərbaycanda da çoxlu sayda təkrar olunan işlər var. Düşünürəm ki, ilk növbədə bir ölkə olaraq bu işləri müəyyən edərək onların robotlaşdırılmasına baxmaq lazımdır. Bir də əlbəttə ki, təhlükə, risk olan yerlərdə robotlar tətbiq olunur. Çünki insan həyatı çox ciddi dəyərə malikdir. Amma robotlar məhv olsa onu yenidən düzəltmək mümkündür. Məsələn 44 günlük müharibə zamanı hərbi istiqamətdə çox sayda dronlar və başqa texnologiyalar istifadə olundu”.
Q.Mirzəyev bildirib ki, digər istiqamət isə təhlükə risqi olduğu üçün neft və qaz sahəsidir: “Burada baş verən bir qəza çox sayda insanın ömrünə fəlakət gətirir. Ondan başqa, çətin şəraitdə olan metronun təmiri, yeraltı kommunikasiya kanallarının təmizlənməsi, yeni kanalların çəkilişi, dağ-mədən işləri kimi sahələrdə robotlar tətbiq oluna bilir”.
Bəs Azərbaycanda xidmət sahələrində robotların tətbiqi nə dərəcədə gözləniləndir sualına Qaçay Mirzəyevin cavabı belə oldu: “Əlbəttə, bütün dünya üzrə bunun rentabelliyi hesablanıb. Bir robot ən azı 3 adamı əvəz edə bilir. Bu o demək deyil ki, robotların tətbiqi ilə o insanlar işlərini itirəcək. Əksinə robotların tətbiqi ilə üç insanı daha yaradıcı işə cəlb edə biləcəyik. Bununla da onların üzərindən ağır yük, həyatlarından riski azaltmış oluruq. Onlar daha vacib, daha prioritetli işlərə fokuslanırlar. Bununla məhsuldarlıq yüksəlir. Çünki robot məzuniyyətsiz, fasiləsiz çalışır. Azərbaycanda çox sayda callcenter var. Bunların hamısını robotlaşdırmaq olar. Bu zaman həm müştəri məmnuniyyəti artır, həm insansanlar bu vasitələrdən faydalana bilir.
“Robotun qohumbazlığı yoxdur, rüşvət almır. Bu səbəbdən həmin sahələrdə şəffaflığı da artıracaq. İnsanla birbaşa təmasda olan sahələr var ki, insanlar həddən artıq emosional gərginlik yaşayaraq nəticədə qarşısındakı insanı acılayır, ona emosiyalarını nümayiş etdirir. Bütün bu sahələrdə robotların tətbiqi daha yaxşı nəticə verə bilər”, - deyə Qaçay Mirzəyev bildirib.
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
Google şirkəti Play Music-dən bütün məlumatları sildi


ABŞ sanksiyalarına baxmayaraq Huawei-in gəliri artır


Onlayn müsahibələrin nəticələri şəxsi səhifələrə göndərilib


Azərbaycanda ilk dəfə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu


Sony smartfon kamerası sahəsində yeni dövr başladacaq


Apple son 6 ildə 100-dən çox şirkəti satın alıb


Azərbaycanda sosial media istifadəçilərinin sayı NECƏ DƏYİŞİB?


Tramp öz sosial şəbəkəsini yaratmaq istəyir


Ölkəmizdə internet istifadəçilərinin sayı 2.5% artıb


Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 92 min nəfər artıb


Dünyada aktiv olan mobil telefonların 75%-i smartfon işlədir


Toyota Yaponiyada "ağıllı" şəhər qurur


Hər saniyədə 6000 tvit - TVİTTER DÜNYASI


Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı


Apple qlobal smartfon satışında liderliyini bərpa etdi


Azərbaycanlı Feysbuk istifadəçiləri arasında kişilərin sayı qadınlardan 2 dəfə çoxdur


İnstaqramda ən çox istifadə olunan smaylik gülən emojidir


İnstaqram tarixində ən çox reytinq toplayan fotolar açıqlandı


Tvitter Ermənistanla bağlı bəyanat yaydı: Azərbaycana qarşı istifadə olunan 35 hesab bağlanıldı


Teslanın səhmləri ucuzlaşdı - İlon Mask gün ərzində 15 milyard dollardan çox pul itirdi


Süni intellekt bazarının dəyəri 500 milyard dollara çatacaq


Avtomobil idxalında ən çox artım BU MODELDƏ QEYDƏ ALINDI


Microsoft xəbər agentliklərinə pul qazanmağa kömək edəcək


Gmail-ə yeni gizlilik funksiyası əlavə edildi


Həftənin ən çox oxunanları
Ermənsitan mediası: Paşinyan sui-qəsd nəticəsində yaralandı - VİDEO


Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı


Fransanın peyk xidmətlərindən imtina – Türkiyə rəqib olacaq


Azərbaycanda koronavirusa yoluxanların sayı artdı


İnstaqramda izləyici sayını artırmağın qızıl qaydaları


Bütün telefonlar 4K videoları dəstəkləyəcək


Dünyanın ən dəqiq və yastı xəritəsi yaradıldı

