Ənənəvi sürücülük vəsiqələri ləğv oluna bilərmi? - Dəyişiklik əslində bunlardan xəbər verir
Milli Məclisin yaz sessiyasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə ediləcək. Dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.
Maraqlıdır, bu, sürücülük vəsiqələrinin kağız daşıyıcıda verilməsinin ləğvinə səbəb ola bilər?
Mövzu ilə bağlı TED.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, kağız daşıyıcıların tamamilə ləğvi mümkün deyil. Çünki hələlik buna zərurət var: "Məsələn, vətəndaş iş üçün bir şirkət və ya quruma müraciət etdikdə sürücülük vəsiqəsi tələb olunur. Bu zaman sənədin əslinə, hansı kateqoriyanın olduğuna diqqət edilir. Bu gün elə bir vahid platforma yoxdur ki, hər müəssisə vətəndaşın sürücülük vəsiqəsi barədə məlumatı oradan ala bilsin. Buna görə, hələlik kağız daşıyıcının ləğvindən söhbət gedə bilməz. Bəzi ölkələrdə bu artıq ləğv olunub, amma onlar da prosesə əslində bu cür başlayıblar. Əvvəl yol polisi kağız daşıyıcı tələb etməyib, sonra sistem təkmilləşib. Bunun müsbət tərəfləri çoxdur. Çünki vətəndaş üstündə gəzdirdikcə vəsiqə yararsız hala düşür. Məsələn, kamaz sürücüsü günün altında, tər içərisində olur və sənəd daşıma onun üçün çətindir. Etibarlılıq müddəti 10 olan sənəd 2 il ərzində yararsız hala düşür. Yaxud sənədi portmanata qoyub maşının əl baqajında saxlayırlar. Təmir məntəqəsində kimsə onun içərisində pul olduğunu düşünüb portmanatı oğurlayır. Xəyallarının puça çıxdığını görəndə isə onu zibil qutusuna atır. Təmiz şəhər ASC zibilləri çeşidləyərkən nə qədər sürücülük vəsiqəsi, texpasport, etibarnamə tapır. Yeni sistem bu kimi halların qarşısını alacaq".
Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə, Dövlət Yol Polisi İdarəsi 2 ildən çoxdur, bort kompüterlər vasitəsilə protokola keçib: "Artıq kağız, qələm vasitəsilə protokol yazılmasından imtina ediblər. Bu dəyişiklikdən sonra onsuz da sürücülük vəsiqəsi yanında olmayan vətəndaşları şifahi qaydada nəzərə alırdılar. Sürücünün şəkildəki şəxslə eyni olduğunu, sürücülük vəsiqəsinin müddətinin bitmədiyini görə bilirdilər. İlkin mərhələdə bəzi yol polisləri güzəşt etmirdi. Amma sonradan Daxili İşlər Nazirliyinin göstərişi ilə bu işlər yoluna düşdü".
Bəs sözügedən sistemə tamamilə keçid üçün neçə il lazımdır?
E.Muradlı qeyd edib ki, bu, özəl sektorun dövlət müəssisələri ilə bərabər addımlamasından asılıdır: "Gərək onlar da vahid sistemə daxil olaraq müdaxilə etməsələr də, məlumatları görə bilsinlər. Amma bu keçid tam reallaşsa da, kağız daşıyıcı zəruridir. Kağız daşıyıcıdan imtina edən ölkələr üçün də bu, yalnız ölkə daxilində keçərlidir. Vətəndaş Azərbaycanı tərk edirsə, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi əlində olmalıdır. Sistem tam şəkildə tətbiq olunsa Gəncə, Bakı, Daşkəsən və digər ərazilərdə elektron yolla məlumatları müəyyənləşdirmək mümkün olacaq. Amma Gürcüstandakı bort kompüter bizim sistemi görmür".
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Xiaomi 18 Pro Max Ekranı və Kamera Təfərrüatları Açıqlandı
iPhone 18 Pro-da Dinamik Ada Kiçilməyə Bilər
WhatsApp Uşaqlar üçün Təhlükəsiz Hesablar Təqdim Edir
Xbox Rejimi Bütün Windows 11 kompüterlərinə Gəlir!
Növbəti Nəsil Xbox Alpha Versiyası 2027-ci ildə Hazır Olacaq
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Həftənin ən çox oxunanları
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
Huawei Pura 90 Təqdim Edildi
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
MacBook Neo 2 iPad kimi olacaq!
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
EA Sports Oyuna Əsl Futbolu Dərhal Gətirir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

