Enerjiyə qənaət edən lampalar – hansını seçsək cibimizə və səhhətimizə zərər vurmarıq?
Enerji ölkəsinin vətəndaşları olsaq da, enerjiyə qənaət etməyə öyrəşmişik. TED.az olaraq bunun obyektiv və subyektiv səbəbləri haqqında deyil, enrjiyə qənaət yollarından biri qənaətcil lampalardan bəhs edəcəyik.
Nəzərə alsaq ki, işıq həyatdır, bu səbəbdən bir çox mənzillərdə elektrik lampalarından geniş istifadə olunur. Əslində işıqlandırma sahəsinə innovativ texnologiyaların tətbiqində başlıca məqsəd də enerji sərfiyyatına qənaət etməkdir.
Bu gün bir çoxumuz mənzillərimizdə közərmə lampalarını müasir lampalarla əvəz edirik. İşıqlanmada kompakt lüminessent, floresan və led lampalarının tətbiqinə cüzi vəsait ayırmaqla sərf olunan elektrik enerjisinin 80%-nə qənaət etmək olar. Bəs hansı lampaların enerji sərfiyyatı daha azdır, yəni daha az pul yazır?
Mövzu ilə bağlı TED.az-a danışan Azərbaycan Texniki Universitetinin müəllimi Yusif Qaziyev led lampaların enerji sərfiyyatı az olduğunu söyləyir: “Hazırda ən müasir lampalar led lampalardır. Adi lokal lampalarla müqayisədə bəlkə də 5/1 nisbətində enerji sərfiyyatı azdır. Müasir tipli led lampalar yaxud led işıq sistemləri keçmiş lokal, spirallı lampalardan 5 dəfəyə yaxın az enerji sərf edir. Ksenon lampalar da az işıq pulu yazır. Onlar da led lampalar ailəsinə aiddir və avtomobildə də istifadə olunur. Amma ksenon lampalar bir az keçmişdə qalıb deyə bilərik. Led lampaların işıq sərfiyyatı, ksenon və digər enerjiyə qənaət edən lampalardan da 20-30 faiz azdır”.
Məlumat üçün bildirək ki, LED lampaların gücü 3-30 W, xidmət müddəti 30.000-50.000 saat, parlaqlıq səmərəliliyi 100-120 Lm / W, işıq axını 250-2500 lumendir. İstismar müddətində istilik, ultrabənövşəyi və infraqırmızı radiasiya olmur. Digər enerjiyə qənaət edən lampalardan fərqli olaraq istehsalında heç bir zərərli maddə istifadə edilmədiyindən ətraf mühitə zərərsiz sayılır və xüsusi atılmasına ehtiyac yoxdur.
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










