1955-ci ilin Mersedesi, yoxsa 1929-cu ilin Bentley-si - RETRO AVTOMOBİLLƏR

Hər bir avtomobil özəl xarakterə və individuallığa malikdir. Xüsusilə də retro maşınlar. Retro avtomobillərin müasir modellərdə olmayan xarizmaya sahib olduğunu yəqin ki, çoxları qəbul edir.
Bəziləri retro nəqliyyat vasitələrinin cazibədarlığını keçmişdə daha az avtomobil olduğu və istehsallarının daha diqqətli olması ilə izah edirlər. Əvvəla, tam olaraq hansı maşınların retro adlandırıldığını anlamağa çalışaq. Bəzi mənbələr retro avtomobillərin 1970-ci illərdən əvvəl istehsal olunan maşınlara aid edirlər. Bir çoxları isə retro avtomobil dedikdə, 1948-ci ildən əvvəlki maşınlar haqqında danışırlar.
TED.az bu gün də aktual olan ən məşhur retro və klassik maşınları toplayaraq keçmişin avtomobil sənayesinin maraqlı nümunələrini təqdim edir:
“Mercedes-Benz 190SL”
Avtomobil 1955-1963-cü illərdə istehsal edilib. Əvvəlcə New York Auto Show-da təqdim edilib və dərhal qalmaqala səbəb olub. Model digər eksponatlardan seçilən kompakt ölçülü və aerodinamik bir formaya sahib idi. Avtomobil saatda 170 km sürət yığa bilirdi. Mercedes-Benz-dən olan retro avtomobilin digər üstünlüyü də əlverişli qiymətidir.
“Alfa Romeo Carabo”
Avtomobilin dizaynı məşhur mühəndis Marcello Gandiniyə məxsusdur. Bu avtomobil Alfa Romeo Tipo 33/2 idman avtomobilinin şəhər nəqliyyatına uyğunlaşdırılmış bir versiyası olub. Avtomobil bazara 1968-ci ildə saatda 200 km sürətlə və ikinəfərlik kupe şəklində çıxarılıb.
“Volkswagen Beetle 1962”
60-cı illərdə dizaynı dəyişdi, daxili və gövdə dizaynının rəng aralığı genişləndi. Ancaq avtomobilin əsas silueti kardinal dəyişikliklərsiz qalır və bu da onu dünyanın hər yerində tanıdır.
“Bentley 6.5”
1929-cu ildə buraxılıb. Bu retro avtomobilin hərraclarda qiyməti 6,3 milyon dollardan başlayır. Model yalnız 544 nüsxədə təqdim edilib və o dövrdə lüks, eləcə də müasir avtomobil sənayesinin nümunəsi sayılırdı. Avtomobil praktik olaraq əllə yığılıb və 6,5 litrlik mühərrikə sahibdir.
“Bugatti Type 57 SC”
1935-ci ildə Parisdə cəmi 17 nüsxədə buraxılıb. Avtomobil bölmə şassi quruluşu ilə təchiz olunub və gövdənin istehsalı üçün alüminiumdan istifadə edilib. Fərqli versiyalarda hazırlanıb: Sedan, Kabriolet və Kupe. 1936-cı ildə bu model çeşidli 4 eksklüziv avtomobil istehsal olunub ki, bunun üçün maqnezium və alüminium ərintisi istifadə edilib. Bütün struktur elementlər qaynaqdan istifadə etmədən boltlar və pərçimlər vasitəsilə birləşdirilib.
“Buick Limited 1940”
Yəqin ki, bir çox ölkədə kirayə verilən ən lüks avtomobillərdən biri “Buick Limited 1940”dır. 1936-cı ildən bəri şirkət, o dövrdə ən güclü avtomobillərdən biri olan 8 silindrli mühərriklə təchiz olunmuş avtomobillər istehsal edir. Model hidravlik əyləc sisteminə və bu gün dünyanın ən bahalı və lüks avtomobillərinin mərkəzində olanların çox hissəsinə malikdir. Buick Limited bir vaxtlar həm texniki baxımdan, həm də daxili dekorasiyada təzə fikirlər verib.
“Shelby 427”
60-cı illərə yaxın texnologiyalar, üstü açıq və güclü mühərrikləri olan rahat avtomobillər hazırlamağa imkan verib. Rüzgarla gəzinti üçün Shelby 427 Cobra-ya diqqət yetirin. Bu, istehsalçının ABŞ-da icarəyə verilə bilən az sayda modellərindən biridir, əlavə olaraq Kiyev, Moskva və ya Berlin-də icarə seçimləri tapmaq mümkündür.
“Maserati Ghibli 4.7”
1969-cu ildə buraxılan “Maserati Ghibli 4.7” o illər üçün olduqca aqressiv və mütərəqqi bir dizayna sahibdir. Xüsusilə də başlıqdan üzən faralar o dövrdə qeyri-adi görünürdü. Avtomobillərin görünüşü hamar xətlərdən daha möhürlənmiş hala keçməyə başladı. Film işçiləri və Hollivud ulduzları onu sevirdi. Bu gün ABŞ, Kanada, Avstraliya, İtaliya, Almaniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə avtomobil kirayəsində tapıla bilər.
Dünya ölkələrində olduğu kimi Azərbaycanda da retro avtomobillərə maraq müşahidə olunur. Ölkəmizdə satışa çıxarılmış ən qədim avtomobillər arasında 1934-cü ilin Mercedes Gazelle, 1937-ci ilin GAZ M-1, bej rəngli "Pobeda" (GAZ M-20 Pobeda), 1954, 1968-ci il istehsalı olan Chevrolet Caprice, 1978-ci ilin GAZ 24 və s. modellərin adlarına rast gəlmək mümkündür.
Nəqliyyat üzrə mütəxəssis Eldəniz Cəfərov TED.az-a bildirib ki, bu gün Azərbaycanda 2006-cı ilə qədər istehsal olunan avtomobillərin istismarı üçün idxal qadağandır: “Lakin ölkə daxilində retro maşınların alqı-satqısı var. Retro avtomobilləri əsasən həvəskarlar və kolleksionerlər üçün daha maraqlı gəlir. Ümumilikdə Azərbaycanda retro maşınlara olan maraq azdır”.
Zeynəb ƏKBƏR