AZ

Bütün telefonlar 4K videoları dəstəkləyəcək

 

b3102a7b028f3eba34ac07c10638ee00.jpg
20.02.2021 15:31

YouTube-un Android tətbiqi hazırda 4K keyfiyyətli videoları dəstəkləyir. Lakin 4K YouTube videolarını aça bilmək üçün telefon ekranının da 4K-nı dəstəkləməsi lazımdır. 

 

TED.az xəbər verir ki, YouTube Android  üçün yeniləmədə 4K videoların aşağı keyfiyyətli ekranlarda da izlənməsinə icazə verəcək. Bu o deməkdir ki, telefonunuzun ekranı 720P olsa da, artıq YouTube-dakı 4K videoları izləyə bilərsiniz.

 

Yeniləmənin ekran görüntülərinə ilk baxdıqda videoların keyfiyyət seçimlərində 1440p 60 FPS və 2160p 60 FPS kimi 1080p-dən başqa variantları görürük. Əlbətdə ki, bu seçimlərin ortaya çıxması üçün müvafiq videonun da YouTube-a 4K keyfiyyətdə yüklənməsi lazımdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox