Microsoft Təhsil Nazirliyi ilə razılığa gəldi – Nələr gözlənilir?
Martın 3-də Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında keçirilmiş onlayn tədbirdə birgə təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalanıb. Təhsil naziri Emin Əmrullayev və "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito tərəfindən imzalanan sənədin məqsədi tərəflər arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək və birgə innovativ layihələrin icrasını təmin etməkdir.
Nazirlikdən TED.az-a verilən məlumata görə, niyyət sənədi çərçivəsində 4 istiqamət üzrə birgə fəaliyyətin aparılması nəzərdə tutulub.
“Təhsildə rəqəmsal liderlik və siyasətin formalaşdırılması” istiqaməti üzrə birgə fəaliyyətə təhsilin rəqəmsal transformasiyası istiqamətində ümumtəhsil və ali təhsil sahələrində strateji əməkdaşlıq, Təhsil Nazirliyinin informasiya sistemləri və elektron xidmətlərin təkmilləşdirilməsi, həmçinin “Microsoft” korporasiyasının formalaşdırdığı “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasında Azərbaycanın iştirakı daxildir. Tərəflər eyni zamanda, “Microsoft” təhsil proqramlarının tətbiq olunduğu nümunəvi məktəbin qurulması üzrə əməkdaşlıq etməyə razılıq əldə ediblər.
“Tədris və öyrənmə” istiqaməti üzrə əməkdaşlıq nəticələrə əsaslanan şagird mərkəzli öyrənmə, tədrisdə fərdi yanaşma, XXI əsr bacarıqları, gələcəyin müəllim modeli və analitik düşüncənin formalaşması üzrə birgə fəaliyyəti əhatə edir. Tərəflər pedaqoji ixtisas üzrə təhsil alan tələbələrin işə qəbuldan əvvəl texnoloji biliklərinin artırılması üçün xüsusi proqramların tətbiqini planlaşdırırlar. Eyni zamanda, bütün təhsil pillələri üzrə sənaye məzmununun və sertifikasiyanın tədrisə tətbiqi üzrə əməkdaşlıq ediləcək.
“Rəqəmsal mühitin formalaşdırılması” istiqaməti bulud texnologiyaları və təhlükəsiz proqram təminatlarının bütün təhsil pillələri üzrə tətbiqini özündə ehtiva edir. Qeyd olunan istiqamət üzrə xüsusi yer tutan fəaliyyətlər “Microsoft” süni intellektin Azərbaycan dilini tanıması və təhsildə qərarvermənin təkmilləşdirilməsi üçün yeni nəsil təhlil alətlərinin tətbiqi üzrə birgə əməkdaşlığın qurulmasıdır.
“Təhsilalan və məktəbin uğuru” istiqaməti üzrə isə “Microsoft” korporasiyasının STEAM üzrə məzmunun inteqrasiyası, istənilən məkan, zaman və tempdə təhsilverənlərin texnologiyalar üzrə ixtisaslarının artırılması və sertifikatlaşdırması, yenilikçi fikirlərin, texniki həllərin yerli və beynəlxalq mühitdə təqdimatı, innovativ ekspert modelləri üzrə təhsil almaq imkanlarını özündə ehtiva edir.
Elm bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








