Təhsil Nazirliyi ilə Microsoft arasındakı sənəd - Distant dərslər nə qədər davam edəcək?
Martın 3-də Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında keçirilmiş onlayn tədbirdə birgə təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalanıb. Təhsil naziri Emin Əmrullayev və "Microsoft" korporasiyasının vitse-prezidenti Antoni Salkito tərəfindən imzalanan sənədin məqsədi tərəflər arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək və birgə innovativ layihələrin icrasını təmin etməkdir.
Niyyət sənədi çərçivəsində 4 istiqamət üzrə birgə fəaliyyətin aparılması nəzərdə tutulub: Təhsildə rəqəmsal liderlik və siyasətin formalaşdırılması, tədris və öyrənmə, rəqəmsal mühitin formalaşdırılması, təhsilalan və məktəbin uğuru.
Maraqlıdır, sənəddəki istiqamətlərə əsasən, tədrisin uzun müddət distant qaydada davam etməsi gözlənilirmi?
HƏMÇİNİN OXU: Microsoft Təhsil Nazirliyi ilə razılığa gəldi – Nələr gözlənilir?
Mövzu ilə bağlı TED.az-a danışan təhsil eksperti Elçin Əfəndi xatırladıb ki, Birləşmiş Millətlər Təkilatı və digər beynəlxalq təşkilatların ümumi proqramı açıqlanıb: "Orada 2030-cu ilə qədər dünya ölkələrinin əksəriyyətinin distant təhsil sisteminə keçid etməsinin zəruriliyi qeyd edilib. Hətta artıq prosesin daha da tezləşdirilməsi üçün addımlar atılır. Ümumi götürsək, yaxın gələcəkdə distant formalı təhsil qaçılmazdır. Ölkəmizin tamamilə distant təhsilə keçəcəyini deyə bilmərəm. Ənənəvi təhsil yalnız müəyyən şəxslər üçün saxlanılacaq. Yəqin ki, gələcəkdə bu şəxslərin kateqoriyası müəyyənləşəcək. Amma təhsilin distant qaydada davam etdirilməsi yaxın 8-10 il ərzində tam həyata keçiriləcək. Prezident İlham Əliyev də təhsil haqqında sənədlərin elektron qaydada verilməsi barədə sənəd imzalayıb. Bütün bunlar tədricən oflayn təhsildən onlayna keçidi labüdləşdirir. Gələcəkdə demək olar, yalnız distant tədrisdən yararlanacağıq".
Ekspert vurğulayıb ki, sözügedən sənəddən təhsil sisteminin elektronlaşdırılması, informasiyalaşdırılması, eyni zamanda əlçatanlığının təmin olunması, informasiya texnologiyaları istiqamətində inkişaf etmiş müasir insan modelinin yaradılması kimi nəticələrə gəlmək olar: "Qurumlar hansısa təhsilalan haqqında ətraflı məlumat istəyirsə, uzun proseslərə ehtiyac yoxdur. Bütün təhsil məlumaları göz önündə olacaq. Bütün bunları gələcəyin planlaşdırılması, dünyanın xilası adlandıra bilərik. Təhsil almaq arzusunda olan hər kəs üçün bu mümkün olacaq. Vacib olan isə informasiya texnologiyaları ilə tam təminatdır".
Lamiyə SÜLEYMANLI
Elm bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








