Silinmiş faylları bu yolla qaytarmaq olar? - TEXNOLOGİYA
Əksər smartfon və kompüter istifadəçiləri önəmli dataların silinməsi halı ilə üzləşiblər.
Maraqlıdır, silinmiş faylları necə qaytarmaq olar?
TED.az xəbər verir ki, sabit disklərin işləmə prinsipi faylların silinməsinin qarşısını ala bilir. Lakin kompüter sahibləri bu problemlə daha çox rastlaşırlar. Digər tərəfdən, məlumat bərpa proqramları köhnə sənədləri bərpa edə bilir.
Silinmiş sənədləri bərpa etmək üçün xüsusi tətbiqlərdən istifadə mütləqdir. Belə proqramlardan biri də "EaseUS Data Recovery"dir. 10 ildən çoxdur, istifadə edilən bu tətbiqin şərtləri əslində olduqca asandır. "EaseUS Data Recovery Wizard" sabit diskin yaddaşını hərtərəfli yoxlaya biləcək alqoritmə sahibdir. Proqram kompüterin sabit diskindəki, USB flash və ya microSD kartdakı silinmiş sənədləri bərpa edir. Bunun üçün aşağıdakıları etmək lazımdır:
- Yoxlanmasını istədiyiniz yeri seçdikdən sonra "Tara" düyməsini vurun.
- Bütün yaddaşı yoxlayın. Bu zaman "Silinmiş fayllar" adlı ikon görəcəksiniz. Bura bütün silinmiş fayl və qovluqların saxlandığı yerdir.
- Faylları gözdən keçirin və bərpa edin. "Silinmiş fayllar" bölməsində bərpa etmək istədiyiniz sənədləri seçin. Bunun üçün "Filtr" seçimindən də istifadə edə bilərsiniz.
- Bərpa etmək istədiyiniz sənədləri seçərək "Qurtar" düyməsini basın.
Silinmiş sənədləri bərpa etmək üçün "Piriformun Recuva" tətbiqi də mövcuddur. Amma bu tətbiqin pulsuz versiyası məhdud imkanlara malikdir. Məlumatlar çox vacibdirsə, tətbiqin premium versiyasını satın almaq məsləhət görülür.
Bir çox kiçik proqramlardan fərqli olaraq Recuva Türk dilini də dəstəkləyir. Quraşdırma zamanı istədiyiniz dili seçə bilərsiniz. Növbəti addımda proqramı şərti olaraq hansı diskin üzərinə qurmaq istədiyiniz soruşulur. Recuva-nın daha səmərəli işləməsi üçün proqramı Windows-un quraşdırıldığı sürücüyə yükləmək məsləhətdir. Quraşdırma başa çatdıqdan sonra, antivirus proqramını xatırladan kiçik bir yoxlama ilə kompüterdəki silinmiş məlumatlara baxmaq mümkündür.
Recuva-nın daha səmərəli işləməsi üçün axtarılan faylın məzmununu qeyd etmək lazımdır. Məsələn, "Silinmiş şəkillər" sözünü qeyd edərək tətbiqi məhz bu istiqamətə yönəltmək mümkündür.
Faylın haradan silindiyini dəqiq göstərməyiniz çox vacibdir. Silinmiş faylın yerindən əmin deyilsinizsə, "yeri bilmirəm" bəndini seçin. Tətbiqdə iki rejim mövcuddur: uzun müddət əvvəl və yaxın keçmişdə silinənlər. Bu rejimlərdən birini seçərək, "bərpa et" düyməsini vurmaq kifayətdir.
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










