AZ

Ənənəvi və onlayn təhsilin aktual problemləri – ŞAGİRDSİZ QALAN MƏKTƏB YOLLARI

65a170d493a30e8b3d41236c9bac34a4.jpg
08.04.2021 13:16

Elm, irfan, ziyalı, aydın, işıqlı gələcək... Bu sözlər daim işlətdiyimiz sözlərdir. Bəzən pafosla, bəzən də ürəkdən, duyaraq. Bu sözlərin hamısı təhsillə bağlıdır. Ələxüsus işıqlı gələcək. O gələcək ki, hər kəs onu istədiyi kimi, bildiyi metodlarla, fərqli çalarlarla inşa etmək istəyir. Lakin bu qədər fərqliliyin içində bir eynilik var, hər kəs özü üçün işıqlı gələcək qurmaq istəyir. Bu sirr deyil ki, işıqlı gələcəyin yolu kefiyyətli, zamanla ayaqlaşan təhsildən keçir. Bu yolun təhsillə kəsişən məqamı bizi yetişdirir, bilikləndirir, bəzən peşəkar edir, bəzən qeyri-peşəkar. Biz fərd olaraq yetişirik, formalaşırıq sonra isə birlikdə cəmiyyətimizi formalaşdırırıq. Bu mənadə deyə bilərik ki, təhsil elə həm də cəmiyətdir, başqa sözlə təhsil səviyyəni göstər, necə bir cəmiyyətin üzvü olduğunu deyim!

 

Zamanın bizi üz-üzə qoyduğu vəziyyət təhsilimizin qollara bölünməsinə səbəb oldu. Keçmişdən bəri qiyabi təhsil vardı, sonra distant təhsil oldu, lakin dünya vargücü ilə ənənəvi təhsilin qorunub saxlanılmasına çalışırdı, hələ də çalışır.

 

Nədir ənənəvi təhsil?

Gözəl şairimiz Xanımana Əlibəylinin təbilincə desək,

“Yollar dünyada çoxdur,

Sayı-hesabı yoxdur:

Bostan yolu, bağ yolu,

Aran yolu, dağ yolu...

Bir yol var ki, dünyada

Onu getmirsən hədər.

Həmişə düşür yada,

Qoca olana qədər.

Bax uşaqla doludur,

Bu yol məktəb yoludur”.

 

 

Ənənəvi təhsil məktəb yoludur, müəllim nəvazişi, sinif yoldaşı diqqəti, qayğısı, dost qazanma vasitəsi, mühitdir. O mühitdə əhvalın olmayanda yoldaşların səninlə maraqlanır, dərsi anlamayanda müəllimin yanına çağırıb bir də izah edir, dərs arası fasilələrdə maraqlı söhbətlər edirsən, ad günü onlanlar üçün hamılıqla yığışıb özündən xəbərsiz süpriz hazırlayırsan, qısası bir dünya qurursan. Mənə görə ənənəvi təhsilin heç bir problem yoxdur, oxuyan da, oxumayanda qazanır. Biri yoldaş, biri sirdaş, başqa biri təhsil, digəri xoş ortam… Şeirdə də deyildiyi kimi “Onu getmirsən, hədər”.

 

Lakin indi alternativimiz var, onlayn təhsil.

 

Nədir onlayn təhsil?

 

Müəllim diqqətindən, yoldaşlarının qayğısından kənar qalmaqdır, virtuallaşmaqdır, robotlaşmaqdır. Biz özümüz də bilmədən bu forma çərçivəsində robotlaşırıq, duyğularımız, mərhəmətimiz yox olur, Anadolu türklərinin dediyi kimi “acımasız” oluruq. Bu da bəşəriyyətimizi məhvə sürükləyir. Bəs, çıxış yolu varmı, əlbəttə çarə tükənməyib. Hər nə olursa, olsun, insani hisslərimizi qorumalıyıq, öyrəndiyimiz metodları, bilgiləri ətrafımızdakıları məhv etmək üçün deyil, qorumaq üçün istifadə etməliyik. Yaranan bütün elmi kəşvləri, yenilikləri insanların daha yaxşı yaşamasına sərf etməliyik. Belə olsa, biz dünyamızı qoruya, daha da inkişaf etdirə biləcəyik.

 

 

Deyirlər ki, pandemiya xüsusi mərkəzlərin, böyük güclərin marağına xidmət edir. Onlar bu yolla IV Sənaye İnqilabını formalaşdırmaq istəyirlər. Əgər belədirsə, əgər bu inqilabın reallaşması üçün biz öldürülürüksə, gəlin hamılıqla buna qarşı çıxaq. Bəlkə bu inqilab daha sonra bir-birimizi öldürməyi tələb edəcək. Axı bu inqilab əsnasında biz insani duyğularımızı itiririk, robotlaşırıq. Bir robotdan fərqimiz qalmayacaqsa, hansı müstəsna fərqimiz yaşam qarantımız olacaq?

 

Suallar çoxdur, cavablarını öyrənmək üçün bir yolumuz var – cəmiyyət olaraq, bacı-qardaşlar kimi bir-birimizə yaxın olmaq, diqqət göstərmək və mütləq TƏHSİLLƏNMƏK, fərqi yoxdur, ənənəvi, yoxsa onlayn!

 

Özləm ƏHMƏDLİ

Elm bölməsindən digər xəbərlər

Daha çox