AZ

Qarabağ Universitetində “Müasir tələbə görə brendinq” təlimi keçirilib

9baa15d63d80dc8e2e660da9ec9b86aa.jpeg
20.10.2025 14:50

16 oktyabr 2025-ci il tarixində PR Point Baku komandası tərəfindən Qarabağ Universitetinin tələbələri üçün şəxsi brendinq mövzusunda interaktiv təlim təşkil olunub.

 

Təlimi PR Point Bakunun təsisçisi və direktoru, PR və şəxsi brendinq üzrə mütəxəssis Aida Ramiz keçib. “Müasir tələbə görə brendinq” adlı sessiyada gənclərin özlərini peşəkar şəkildə təqdim etmə bacarıqları, sosial mediada düzgün imic formalaşdırmaq, LinkedIn platformasından effektiv istifadə və universitet dövründən şəxsi brendin təməlini qurmaq yolları müzakirə edilib.

 

Təlimdə Qarabağ Universitetinin müxtəlif ixtisaslarından 80 tələbə iştirak edib. Sessiya sual-cavab formatında, interaktiv oyunlar və praktiki çalışmalarla müşayiət olunub. Təlim sonunda keçirilən oyun zamanı qalib gələn 5 tələbə təlimçi ilə ödənişsiz şəxsi brendinq konsultasiyası qazanıb.

 

Bu əməkdaşlıq PR Point Baku və Qarabağ Universiteti arasında gənclərin kommunikasiya və brendinq bacarıqlarının inkişafına yönəlmiş davamlı təşəbbüslərin başlanğıcıdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox