Əmanətlərin Sığortalanması Fondunun elektron auksion portalı yaradılacaq
Əmanətlərin Sığortalanması Fondu (ADIF) elektron auksion portalı yaratmağı planlaşdırır.
TED.az xəbər verir ki, Fonddan verilən məlumata görə, əsas hədəfi ləğvedicisi olduğu bankların ləğv prosesini daha effektiv və səmərəli başa çatdırmaq olan ADIF-in funksiyalarından biri də sözügedən bankların ləğv prosesini sürətləndirmək və kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirmək məqsədilə aktivlərin qanunvericilikdə nəzərdə tutulan qaydada satışını həyata keçirməkdir.
Məhz bu səbəbdən müasir standartlara uyğun, qabaqcıl təcrübəyə əsaslanan və daha səmərəli şəkildə satışları təmin etmək məqsədilə qlobal təcrübə araşdırılıb. Müəyyən olunub ki, qabaqcıl ölkələr tərəfindən istifadə olunan fərqli strategiyalardan Azərbaycan üçün ən şəffaf və uyğun olanı hərrac mexanizmidir.
Qeyd edək ki, hərracların keçirilmə formatları fərqlənir və hazırda daha ixtisaslaşmış informasiya texnologiyalarının inkişafını nəzərə alaraq, o cümlədən bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də COVID-19 pandemiyası fonunda elan edilmiş karantin rejiminin tətbiqi elektron ticarətə üstünlük verilməsini zəruri edib.
Zamanın tələbinə uyğun olaraq, ADIF sözügedən hərracları elektron platformada həyata keçirilməyi planlaşdırır.
Fond yeni yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərini qanunvericiliklə müəyyən olunan qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan baxımından rahatlığını təmin edəcək.
Qeyd edək ki, banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunan pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə 29 dekabr 2006-cı il tarixdə “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılıb, 12 avqust 2007-ci ilin tarixdən isə fəaliyyətə başlayıb.
Bank fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziyası ləğv edilən, məhkəmə qərarı ilə müflis elan olunan və haqqında iflas prosesinə başlanan banklar müxtəlif dövrlərdə ADIF-in ləğvetməsinə verilib.
e-Azərbaycan bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









