AZ

İran AES-də qəzaya səbəb olan şəxsin kimliyini müəyyənləşdirdi

dfb65818e8755af98a5f54fe46205b88.jpg
12.04.2021 15:00

İranın Nətənzdəki nüvə təsisindəki hadisənin arxasında duran şəxsin kimliyi müəyyənləşdirilib və onun həbs olunması üçün tədbirlər görülür.

 

TED.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

 

“Enerji təchizatı sisteminin işini pozan şəxsin kimliyi müəyyən olunub”,- deyə açıqlamada qeyd olunub.

 

Nazirlik AES-də elektrik paylama sistemindəki nasazlıqdan məsul olan şəxsin həbs olunması üçün lazımi tədbirlər görüldüyünü bildirib.

 

Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatı aprelin 11-də “Nətənz” uran zənginləşdirmə zavodunda elektrik paylama şəbəkəsində qəza baş verdiyini açıqlamışdı.

Dünya bölməsindən digər xəbərlər

Daha çox