Bakı Ali Neft Məktəbinin məzunu pakistanlı tələbə yoldaşı ilə ailə qurdu
Bakı Ali Neft Məktəbinin tələbələri bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində nikaha daxil olublar. Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kurs tələbəsi əslən pakistanlı olan Masuma Rizvi ilə ailə həyatı qurub.
TED.az xəbər verir ki, iki dost ölkə vətəndaşının nikah bağlamasına Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye şahidlik edib.
Rektor və səfir gəncləri təbrik edərək, onlara iki ölkə arasındakı isti və dayanıqlı münasibət kimi ailə həyatı arzulayıblar. Gənc ailəyə hədiyyələr təqdim olunub.
Hər iki ölkənin adət-ənənələri nəzərə alınan mərasimə karantin qaydalarına uyğun olaraq cütlüyün az sayda yaxın qohumları da qatılıb.
Onların hər ikisi BANM-in Tələbə evində məskunlaşıblar. Elə sevgi münasibətləri də təhsil aldıqları müddətdə yaranıb.
Elmar Qasımovun tapşırığı ilə gənclərin bundan sonra da Tələbə evində məskunlaşması üçün bütün şərait yaradılıb.
Elvin İsmayılov deyir ki, Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyi və qardaşlıq mövqeyi onlar üçün də nümunə olub. Elə onları münasibətlərini daha tez rəsmiləşdirməyə ruhlandıran da bu olub.
Qeyd edək ki, nikah mərasimindən əvvəl gənclərin ailələri internet üzərindən bir-biri ilə tanış olub və onlara öz xeyir-dualarını veriblər.
TED + bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










