AZ

Rəqəmsal transformasiya mövzusunda müzakirələr aparılıb

9fdb06b07dc2b1ba4d60837df6a29a82.jpg
04.05.2021 16:35

Asiya İnkişaf Bankının İllik Toplantısı çərçivəsində CAREC Proqramının yüksək səviyyəli sessiyasında rəqəmsal transformasiya mövzusunda müzakirələr aparılıb.

 

TED.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb: “İqtisadiyyat Nazirliyinin həmsədrlik etdiyi Asiya İnkişaf Bankının İllik Toplantısı çərçivəsində CAREC Proqramının yüksək səviyyəli sessiyasında rəqəmsal transformasiya vasitəsilə regional əməkdaşlıq istiqamətlərinin yenidən müəyyən edilməsi mövzusunda müzakirələr apardıq. Hesab edirəm ki, fəal diskussiya və məhsuldar dialoq CAREC regionunun çoxtərəfli iqtisadi əlaqələrinə töhfə verəcəkdir.”

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox