İnformasiya Texnologiyaları İnstitutunun gənc alimləri mühüm elmi nəticələr əldə ediblər
TED.az xəbər verir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında Gənc alim və mütəxəssislər şurasının sədri, institutun dissertantı və böyük elmi işçi Nərmin Adıgözəlova çıxış edərək, şuranın fəaliyyəti haqqında məlumat verib.
İnstitutda çalışan gənclərin təhsil pillələri, struktur bölmələri üzrə paylanması haqqında danışan məruzəçi, bu elmi qurumda və digər ali təhsil müəssisələrində təhsil alan magistrantlar, doktorant və dissertantlar, eləcə də gənc texnika üzrə fəlsəfə doktorları barədə məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.
N.Adıgözəlova institutda 5 texnika üzrə fəlsəfə doktorunun fəaliyyət göstərdiyini, 13 magistr və 11 bakalavrın hazırda öz təhsilini davam etdirdiklərini deyib. 2021-ci ildə institutun doktorant və dissertanturasına 5 gəncin qəbul olunduğunu diqqətə çatdırıb. Həmçinin müdafiə prosesində olan dissertasiya işləri haqqında məlumat verib.
Məruzəçi institutun gənc alimlərinin 2021-ci ildə əldə etdikləri əsas nailiyyətlərdən də danışıb.
Sonra çıxış edən institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-da və institutda hər zaman gənclərə diqqət və dəstək göstərildiyini nəzərə çatdırıb. Yüksəkixtisaslı gənc kadrların yetişdirilməsi, gənclərin mühüm elmi nailiyyətlər əldə etməsi üçün onlarla məqsədyönlü iş aparılmasının önəmini qeyd edən alim bu işdə institutun alim və mütəxəssislərini fəal iştiraka çağırıb.
“İngilis dilini bilmək müasir dünyanın vətəndaşına çevrilmək deməkdir”, - söyləyən alim rəhbərlik etdiyi qurumun əməkdaşlarını hər həftə özünün rəhbərliyi və institutun bir qrup əməkdaşının iştirakı ilə keçirilən ingilis dili dərslərinə qoşulmağa, dil biliklərini inkişaf etdirməyə çağırıb.
R.Əliquliyev qeyd edib ki, gənc alim və mütəxəssislər şurasının fəaliyyəti müasir dövrün çağırışlarına cavab verməli, şura üzvləri qarşıya qoyulan hədəflərə çatmaq üçün elmi fəaliyyəti gücləndirməli, yeni yanaşmalar ortaya qoymalıdırlar.
Akademik nitqinin sonunda gənclərin institutu AMEA-da və digər təşkilatlarda layiqincə təmsil etdiklərini bildirərək, Gənc alim və mütəxəssislər şurasının fəaliyyətini yüksək qiymətləndirib, onları Azərbaycan elminin inkişafı naminə daha fəal olmağa çağırıb.
Elm bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










