Azərbaycanla Türkiyə arasında Təhsil Körpüsü: Manisafer eTwinning Layihəsi
Şəhid Sərdar Denizər İmam Hatip Orta məktəbindən Habip Arvas və Gəncədəki 22 saylı tam orta məktəbdən Mehriban Hüseynovanın birgə qurduğu eTwinning layihəsi “Manisafer” şagirdlərə və onların valideynlərinə media savadlılığı, internet təhlükəsizliyi və eSafety Etiket bilikləri mövzusunda müxtəlif təlim kursları verib.
Uzaqdan təlim zamanı eSafety Label biliklərinə əsaslanan layihə iki ölkə müəllimləri arasında güclü bir təhsil körpüsü oldu.
TED.az xəbər verir ki, layihənin qurucularından olan Habip Arvas layihənin qiymətləndirilməsində məqsədlərinin eSafety Label mədəniyyətini yaymaq və beləliklə internet təhlükəsizliyi barədə məlumatlılığı artırmaq olduğunu söyləyib və sözlərinə belə davam edib: “Uzaqdan təhsil zamanı tələbələrimiz onlayn dünya ilə daha çox vaxt keçirib. Bu vəziyyətlə valideynlərimizin necə narahat olduğunun fərqindəyəm.
Ölkəmizin də üzv olduğu Avropa eSafety Label platformasının Türkiyədəki səfirlərindən biriyəm. eTwinning Manisafer layihəsini səfirlik missiyası olaraq məsul olduğum sahə olan Manisada eSafety Label mədəniyyətinin təməlini yaratmaq üçün qurduq. Layihə tələbələrimizə xarici dillərini inkişaf etdirmək və internet təhlükəsizliyi və media savadlılığı kimi mövzularda təcrübə qazanmaq imkanı verib. Valideynlərimizi işimizə cəlb edərək, uşaqlarının internet təhlükəsizliyindəki tərəqqisini yaxından izləmələrini təmin etdik. Bundan əlavə, müxtəlif mütəxəssislərlə təşkil etdiyimiz onlayn seminarlar vasitəsilə valideynlərimizin internet təhlükəsizlik mədəniyyətinə töhfə verməyə çalışdıq. Tələbələrimiz web 2.0 alətlərindən istifadə edərək rəqəmsal (digital) bacarıqlarını inkişaf etdirdilər.
Layihə müddətində tələbələrimizin etdikləri işləri bir araya gətirdik. Bir media savadlılığı terminləri lüğəti, bir internet təhlükəsizlik terminləri lüğəti, internet təhlükəsizliyi məsləhətləri kitabı, dezinformasiya, on altı sualda kiber zorakılıq, müəllif hüququ lisenziyası kitabı və rəqəmsal ayaq izləri kataloqu kimi müxtəlif məhsullar əldə etdik.
Bu onlayn məhsula və daha çoxuna bu link vasitəsilə baxa bilərsiz.
Layihəni tam başa çatdırdıqlarını bildirən Arvas layihə zamanı göstərdikləri fədakarlığa görə Manisa, Azərbaycan Gəncə və Şimali Makedoniya Üsküpdən olan tərəfdaşlara təşəkkür edib. Bu layihənin Gəncə ilə Manisa arasında möhkəm bir qardaşlığa səbəb olduğunu söyləyib.
“Türkiyədəki eTwinning layihələrinin milli direktoru Mehmet Fatih Döğer iki dövlət arasındakı bərabərliyi ilə fəaliyyət göstərməyə çağırıb. Direktorumuzun çağırışı bu layihə ilə mənalı oldu. Beləliklə, layihəm fərqli təhsil layihələrində birləşməyə xidmət etdi”, - deyə Arvas bildirib.
Elm bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








