“Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda seminar keçirilib
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan TED.az-a bildirilib ki, seminarı İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov açaraq mövzunun aktuallığını, vacibliyini iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, fəlsəfə və süni intellekt mövzusunda tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir.
Mövzu ilə bağlı çıxış edən institutun direktoru, professor İlham Məmmədzadə bildirib ki, rəhbərlik etdiyi müəssisədə süni intellekt və Lütfi Zadənin tədqiqatlarına həsr olunmuş virtual laboratoriya yaradılıb. Alimin sözlərinə görə, laboratoriyanın yaradılmasında məqsəd bu mövzularda elmi seminarların keçirilməsi və kitabların nəşr edilməsidir. Həmçinin bununla bağlı institutun saytında “Elektron almanax” yaradılıb və mövzuya dair elmi məqalələr toplanır.
İlham Məmmədzadə süni intellekt və qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi refleksiyasının əhəmiyyət kəsb etdiyini vurğulayıb, bununla bağlı konseptual xarakterli 7 tezis irəli sürüb və onların geniş analizini verib. O, filosofların süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri ilə ciddi maraqlandıqlarını qeyd edib. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyini, hansı problemləri aktuallaşdırdığını və nəticədə fəlsəfənin özünün necə dəyişdiyinin həmin kontekstdə əhəmiyyət kəsb etdiyini önə çəkib. “Filosoflar və alimlər bu istiqamətdə düşünməli və araşdırmalar aparmalıdır”, – deyə İlham Məmmədzadə söyləyib.
Sonra mövzu ilə bağlı professorlar Əbülhəsən Abbasov, Əli Abasov, Arif Bünyadzadə və Füzuli Qurbanov məruzələrlə çıxış ediblər.
Yekunda seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Elm bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










