İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti yenidən təşkil olunur
AMEA İnformasiya Texnologiyaları İnstitutu Elmi şurasının onlayn iclasında İctimaiyyətlə əlaqələr şöbəsinin 2021-ci il üzrə yarımillik hesabatı təqdim olunub.
Bu barədə TED.az-a institutdan məlumat verilib. Şöbənin müdiri Rasim Mahmudov çıxış edərək öncə 2021-ci ilin 6 ayı ərzində www.ikt.az saytına olan müraciətlərin aylar üzrə paylanmasına dair statistikanı təqdim edib. Bildirib ki, yarım il ərzinda sayta ümumilikdə 173085 dəfə müraciət olunub.
2021-ci il (yanvar-iyun) ərzində ikt.az-a olan müraciətlərin ölkələr üzrə paylanması barədə məlumat verən şöbə rəhbəri sayta Azərbaycan, Rusiya, ABŞ, Almaniya, Çin, Böyük Britaniya, Türkiyə, Ukrayna və s. daxil olmaqla 60-a yaxın dövlətdən müraciət olunduğunu söyləyib.
O, cari ilin yanvar-iyun ayları üçün institutun fəaliyyətinin mediada işıqlandırılması və əməkdaşların kütləvi informasiya vasitələrində çıxışlarına dair göstəriciləri, eləcə də ikt.az saytına göndərilən materialların sayı əsasında şöbələrin reytinqini təqdim edib. İnfoTV-də hazırlanan videomaterialların statistikasını nəzərə çatdırıb.
Şöbə rəhbəri institut əməkdaşları tərəfindən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 11 müsahibənin verildiyini də söyləyib.
Sonra o, İctimaiyyətlə əlaqələr şöbəsinin qarşısında duran yeni vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, buraya institutda həyata keçirilən struktur dəyişikliklərinə uyğun olaraq ikt.az saytının yenilənməsi, saytın proqram təminatı, dizaynı və kontent təminatının təkmilləşdirilməsi, saytın mobil versiyasının keyfiyyətinin yaxşılaşdırılması, media ilə əlaqələrin gücləndirilməsi, institutun alim və mütəxəssislərinin İKT sahəsində dövlət siyasəti ilə bağlı KİV-də çıxışlarının intensivləşdirilməsi və s. tədbirlər daxildir.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, kütləvi informasiya vasitələri ilə münasibətlərin yüksək səviyyədə təşkilində İctimaiyyətlə əlaqələr şöbəsinin fəal rolunu yüksək qiymətləndirib.
Alim bildirib ki, institutun yeni strukturunun təsdiq edilməsi və digər səbəblər ikt.az saytının konsepsiyasının yenidən işlənilməsini zəruri edir.
“Bütün əməkdaşlar institutun elmi nailiyyətlərinin işıqlandırılması işini həyata keçirən ikt.az saytının təkmilləşdirilməsi ilə bağlı təkliflərini verməli, yeni konsepsiyanın işlənilməsində fəal iştirak etməlidir”, - deyə alim əlavə edib.
TED + bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








