AZ

Samsung ekranın ətrafında incə çərçivələri olan ucuz Galaxy Tab A3 XL planşetini hazırlayır

7d54d59831bdae19178cc446976ae89c.jpg
03.08.2019 11:19

Bu günlərdə “Samsung” şirkəti ən yaxşı planşeti olan «Galaxy Tab S6»nı təqdim edib, tezliklə isə ucuz bir yeniliyin – «Galaxy Tab A3 XL»in təqdimatı gözlənilir.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu, şirkətin ən əlçatan cihazlarından biri olacaq. Cihazda Exynos 7904 platformasından istifadə ediləcək.

 

 

Yenilikdə, həmçinin  2-3 GB RAM, 1920 x 1200 piksel ekran görüntüsü və «Android Pie»ın olacağı barədə məlumat var. Planşetin mobil rabitə modemi ilə modifikasiyası olacağı ehtimalı da böyükdür.

 

Ekranın piksellərinin sıxlığının 240 düymə bərabər olduğunu nəzərə alsaq, diaqonalın 9,5-10 düym ətrafında olacağı ortaya çıxır. Qiymətə gəldikdə isə hələ ki bu barədə dəqiq məlumat yoxdur, amma planşetin qiyməti, təxminən, 200-250 dollar arasında olması ehtimal olunur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox