Dünyada ilk elektromobil 100 il öncə yarandı, bəs sonra nə baş verdi?

İlk elektrikli avtomobilin qurulduğu dövrdə daxili yanma mühərriki haqqında heç nə məlum deyildi. TED.az xəbər verir ki, ilk elektrikli vasitə elektrik mühərriki olan bir arabadır. Bu qurğu 1828-ci ildə meydana çıxıb və 1841-ci ildə doğum gününü rəsmi olaraq qeyd edib. Müasir skeytbord kimi kiçik avtomobilin yaradıcısı Macarıstandan Anyos Cedlik olub.
Təxminən, 10 ildən sonra elektrikli nəqliyyat vasitələrinin çeşidi yeni qurğularla əvəz olunub. 1835-ci ildə Hollandiyadan Stratin Qroningen və Kristofer Becker, 1839-cu ildə Şotlandiyadan Robert Anderson ekoloji cəhətdən təmiz avtomobillər üçün öz təkliflərini irəli sürdülər.
1842-ci ildə ixtiraçı Tomas Davenport Andersonla birlikdə - doldurulmayan batareyadan enerji alan mexanizmə malik bir motor hazırladılar. Bunun ardınca, 1847-ci ildə Amerikanın Pittsburq şəhərində relslərlə hərəkət edən bir lokomotiv meydana gəldi. Bir qədər sonra Fransadan olan Camille Foret və Gaston Dress daha çox çalışdılar, onların elektrikli avtomobilləri kifayət qədər uzun müddət işləmək gücünə malik idi. Eyni zamanda, İngilis Ralf Uord daha sonra avtobus adlandırılan omnibusu ixtira etdi.
Araşdırmalara nəzər salsaq, görərik ki, Rusiyada ilk elektrikli avtomobil 1898-ci ildə icad edilib. Onun yaradıcısı rus mühəndis İppolit Romanovdur. Avtomobil ikihissəli kabinədən ibarət idi və təxminən 40 km/saat maksimal sürəti vardı. Bir il sonra isə 17 və ya 24 nəfər üçün hazırlanmış omnibuslar meydana çıxdı.
Amerikada isə elektrik kəşfləri hesab olunan 6 nəfərlik bir vaqon və elektrikli velosiped 1891-ci ildə yarandı. Yalnız 1897-ci ildə elektrik taksilərinin paytaxt küçələrində hərəkəti güclənirdi və Filadelfiyada sərnişin daşıyan ekoloji cəhətdən təmiz dəmiryol nəqliyyatı da vüsət tapdı.
Daha sonra amerikalı ixtiraçı Walter Baker batareyası 8 saata qədər davam edən rahat bir vasitə yaratdı. Bu elektrikli avtomobil saatda 80 km sürətə sahib idi.
1920-ci illərdə ənənəvi avtomobillər istehsalını konveyer kəmərinə qoyan amerikalı Henri Fordun müəssisəsi maşınqayırma sahəsində birinci yeri tutdu. Beləliklə, daxili yanma mühərrikli avtomobillər ucuzlaşdı və bu, elektrik hissələrinə qarşı ciddi bir təhlükə oldu.
Uzun illər ilk elektrik avtomobili istehsalı 1907-ci ildə Detroit Elektrik tərəfindən buraxılsa da, 1960-cı illərdə yeni nəslin ilk elektrik avtomobili yenidən çıxdı. O vaxtdan bəri ekoloji cəhətdən təmiz nəqliyyat sənayesi yenidən canlandı. Elektrikli avtomobillərin yenidən gündəmə gəlməyinin səbəbi isə ekologiyanın korlanması və insanların müxtəlif xəstəliklərə tutlması idi.
Qeyd edək ki, hal-hazırda müasir avtomobil şirkətləri texniki xüsusiyyətləri, dizaynı və dəyəri ilə vəhdət təşkil edən bir avtomobil yaratmağa çalışırlar. Bir çox ölkələr karbon qazı tullantıları ilə ətraf mühitə ziyan vuran daxili yanma mühərrikləri olan maşınların istehsalını azaltmaq üçün fəal mübarizə aparır. Xüsusilə, Kaliforniyada çox sürətlə ekoloji təmiz avtomobillərin sayı artır.
İlk elektrikli avtomobilin 100 il öncə yaranmasına baxmayaraq, populyarlığı yalnız bu gün artır. Bu gün istehsalçılar şux, güclü və əlverişli bir elektromobil yaratmaq üçün elektrik hissəsinin bütün komponentlərini təkmilləşdirirlər.Tezliklə, bu avtomobillər nəinki bütün dünyanın küçələrində şütüyəcək, hətta havada quş tək süzəcəklər.