Əzəli rəqiblərin ən ucuzu – BMW yoxsa Merdeces

Bir əsrdir ki, cavabı insanları qane etməyəcək bir sual var – istər özünüz, istər başqası, istərsə də mütəxəssis cavablandırsın. Amma, yenə də, bu sual cavabsız olaraq qalır :
“Mercedes-Benz yoxsa BMW ?”
Son illərdə, “BMW”nin “model hücümu”nda olduğu göz önündədir. Əsası 1916-cı illdə qoyulan bu brend, “X6” və “GT” kimi, öz sinfində unikal modellərə malikdir. Üstəlik, ən yaxşı “Super Mini Avtomobil” sayılan “Mini” də məhz “BMW”ni ön plana çəkir.
“Mercedes-Benz” isə, son illərdəki sport modelləri ilə öz sözünü deməyi bacarır. Tarixi “BMW”dən qədim olan bu şirkət, yeni avtomobillərində rahatlıqla yanaşı, əsl atletə məxsus sürət imkanlarını da təqdim edir.
Bəs, “Mercedes-Benz” və “BMW” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəliyində ən ucuz avtomobil hansıdır – “BMW yoxsa Mercedes”?
Ekspert Rəşid Tanrıverdiyev TED.az-a bildirib ki, hazırda “BMW” markasının ən ucuz seriyası “BMW 1”, “Mercedes-Benz”i isə aşağı büdcəli maşınlar seqmentində “A-class” sinifi təmsil edir: “Əslində bu modelləri birbaşa müqayisə etmək düzgün deyil. Çünki “BMW 1” seriyasından fərqli olaraq,”Mercedes A-class” sinifi kompakt sinif deyil, “MPV” sinifinin nümayəndəsidir. Amma qiymət və ölçü baxımından “BMW 1” seriyası ilə çox oxşardır. “BMW 1” seriyasının tənqid olunmasına əsas səbəb, arxa salonun dar olmasıdır. “Mercedes A-class” sinifi isə əksinə, geniş salona malikdir. “BMW 1” daha çox idman stilli bir avtomobildir,“Mercedes A” isə böyükdür. Satış rəqəmləri baxımından “BMW 1” daha öndədir.
“BMW” və “Mercedes-Benz” şirkətlərinin rəsmi nümayəndəyindən aldığımız məlumata görə, Azərbaycanda mövcud olan 2019-cu il istehsalı ən ucuz 0 km “BMV” avtomobili “BMW 118İ” modelidir. Bu avtomobil 30 min avroya təklif olunur. 2019-cu il istehsalı ən ucuz 0 km “Mercedes-Benz” modeli isə “Mercedes A-class”dır: 35 min avro.
Tural QARA
TED + bölməsindən digər xəbərlər
AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

