BDU: “TEKNOFEST Azərbaycan” festivalına 25 layihənin təqdim olunması nəzərdə tutulur
Bakı Dövlət Universitetində (BDU) “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına qatılmaq üçün hazırlıq işləri davam edir.
Bu barədə TED.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən festivala 25 layihənin təqdim olunması nəzərdə tutulur. Onlardan 6 layihə 3D çap texnologiyaları, 6 layihə PUA və model peyk (uçuş texnologiyaları), 5 layihə yaşıl texnologiya, 3 layihə aqrar texnologiya, 1 layihə robototexnika, 4 layihə isə sosialyönümlü texnologiya kateqoriyası üzrə təqdim ediləcək.
BDU tələbələri fərdi qaydada da festivala layihə təqdim edə bilərlər.
“TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.
Azərbaycan ilk dəfə 2021-ci ildə “TEKNOFEST”də iştirak edib. Festivalın Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.
“TEKNOFEST Azərbaycan” tədbirinin 2022-ci il mayın 26-dan 29-dək “Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində keçirilməsi planlaşdırılır. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.
Festival çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” videooyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEAM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.
Tədbirin əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobotika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.
TED + bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Tesla böyük bir şokla üzləşə bilər!
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Microsoft əl konsollarının performansını artırır!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Yeni Nissan Leaf istehsala başlayır!
Şok DDR5 RAM fırıldağı!
Google Gemini 3 Flash təqdim edildi!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

