“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir
Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq məktəbinin “İnformatika” fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Bu barədə TED.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihənin 2022-2023-cü tədris ilində həm coğrafi, həm də müəllim və şagirdlərin sayı baxımından genişləndirilməsi məqsədilə məktəb direktorları ilə görüşlər keçirilir. Görüşlərin əsas müzakirə mövzusu yeni siniflərin əlavə edilməsi, layihə çərçivəsində 10-cu sinif şagirdləri üçün ixtisaslaşdırılmış informasiya texnologiyaları siniflərinin açılmasıdır. Həmçinin hazırda layihəyə qoşulması nəzərdə tutulan məktəblərdə monitorinqlərin aparılması, informatika kabinetlərindəki infrastrukturun qiymətləndirilməsidir. Yeni tədris ilində layihənin əlavə olaraq 150-dən çox yeni məktəbi əhatə edəcəyi və yeni regionlar üzrə coğrafi baxımdan iki dəfə genişlənməsi planlaşdırılır. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki, Yevlax, Xaçmaz, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabranda, ümumilikdə 190 mindən çox şagirdi əhatə edir.
Xatırladaq ki, 2017-2018-ci tədris ilindən start götürən layihənin məqsədi şagirdlərə alqoritmik təfəkkür, məntiqi təfəkkür, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını öyrətməkdir.
TED + bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









