AZ

Buraxılış imtahanlarında iki nəfər ən yüksək bal toplayıb

 

61f29be639315e69b1e706273615fe11.png
01.04.2022 20:20

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 5-6-da keçirilmiş buraxılış imtahanlarında 2 nəfər – Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və Bakı şəhəri 286 saylı məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğlu məktəblərin məzunları maksimal olan 300 bal toplayıb.

 

Bu barədə TED.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, imtahanlarda iştirakı nəzərdə tutulan 47726 nəfərdən 513 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox