"Bakı kart"ın balansı onlayn necə artırılır?

İctimai nəqliyyatda istifadə edilən “Bakı kart”ların balansını artıq bir müddətdir ki, onlayn artırmaq mümkündür.
Bunun üçün əvvəlcə online.bakikart.az saytına keçid edirik. Yeni istifadəçilərin elektron poçt və ya telefon nömrəsi ilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması vacibdir. Əvvəlcə poçt ünvanını daxil edirik. Sonra yeni şifrəni təyin edib təsdiq üçün onu növbəti xanada təkrar yazırıq. "Mən robot deyiləm" bölməsini işarə edib "qeydiyyatdan keç" düyməsini sıxırıq. Bir neçə saniyə ərzində burda qeyd etdiyiniz elektron poçt ünvanına qeydiyyatı tamamlamağınız üçün link göndəriləcək. Həmin linkə keçid edərək qeydiyyatı tamamlıyırıq. Artıq platformadan istifadə edə bilərik. "E-mail" ünvanını daxil edib şifrəni də yazdıqdan sora "mən robot deyiləm" xanasını işarələyib "daxil ol" düyməsini sıxırıq. Açılan pəncərədə bizə ödənilən məbləğin 1 saat ərzində kartın balansına oturması ilə bağlı məlumat verilir. Bunu yadda saxlamaqda fayda var. Kart balansı 2 üsulla artırıla bilər. Birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Bunun üçün müvafiq bölməyə keçid edirik, istifadə etdiyimiz “Bakı kart"ın arxa tərəfində olan 11 rəqəmli nömrəni bu xanaya yazıb "əlavə et" düyməsini sıxırıq. Beləliklə ödəniş kartı kabinetə əlavə edildi. Burada "balansı artır"ı klikləyib açılan pəncərədən məbləği seçərək "irəli" düyməsini sıxırıq. Göstərilən məlumatı təsdiq etdikdən sora bank kartının məlumatlarını uyğun xanalara doldurmaqla ödənişi tamamlaya bilərik.
Bundan əlavə vətəndaşlar dayanacaqlarda, eləcə də marketlərdə qoyulmuş “MilliÖn” aparatı vasitəsilə də kart balanslarını artıra bilərlər.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Pixel Watch 4 xüsusiyyətləri açıqlandı


Yeni nəsil Volkswagen T-Roc gəlir.


Galaxy Watch 8 seriyası üçün ilk yeniləmə yayımlandı!


Tədbirdən əvvəl ChatGPT 5 sızdırıldı


iPhone qiymətləri qalxır! İstehsal ABŞ-a köçdü!


LG yanmış telefona görə təzminat ödəyəcək


Samsung daha üç model üçün yeniləmələri elan etdi


Samsung-un sərfəli planşetinə geri sayım


Steam bu Mac-lərdə işləməyəcək


Samsung 37 düymlük oyun monitorunu elan etdi


Galaxy S26 Ultra-nın şarj sürəti ortaya çıxdı


Elon Mask Elon Maskı mükafatlandırdı!


O, iPhone 16 Pro ilə 40 klip çəkdirib


WhatsApp-dan balansı dəyişəcək bir xüsusiyyət gəlir


ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Həftənin ən çox oxunanları
O, iPhone 16 Pro ilə 40 klip çəkdirib


WhatsApp-dan balansı dəyişəcək bir xüsusiyyət gəlir


Elon Mask Elon Maskı mükafatlandırdı!


Samsung 37 düymlük oyun monitorunu elan etdi


Steam bu Mac-lərdə işləməyəcək


Galaxy S26 Ultra-nın şarj sürəti ortaya çıxdı


Tədbirdən əvvəl ChatGPT 5 sızdırıldı


Samsung daha üç model üçün yeniləmələri elan etdi


Galaxy Watch 8 seriyası üçün ilk yeniləmə yayımlandı!


iPhone qiymətləri qalxır! İstehsal ABŞ-a köçdü!

