Azad olunmuş ərazilərdə yol layihələrində işləmək üçün 45 mindən artıq işçiyə icazələr alınıb
21.06.2022 17:40
Azad olunmuş ərazilərdə yol layihələrində işləmək üçün 45 mindən artıq işçiyə icazələr alınıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən TED.az-a verilən məlumata görə, yol infrastruktunun sürətli bərpası və yenidən qurulması kimi məsələlər ölkəmiz üçün prioritet əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərə investisiyanın cəlb edilməsi üçün tədbirlər planın hazırlanması, həyata keçirilən layihələrin dövlət strategiyalarına uyğunlaşdırılması, ərazilərimizin bərpası zamanı xüsusi olaraq nəzərə alınır. Bərabər olaraq, bu layihələr sayəsində yeni iş yerləri yaradılır ki, bu da öz növbəsində işsizlik problemlərinin də azalmasına xidmət edir.
Azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlanması ilə bağlı cənab Prezidentin sərəncamlarına, bu istiqamətdə imkanlar, planlar və qərarlara uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən də mütəmadi olaraq mümkün və müvafiq addımlar atılır. Böyük zəhmət və vaxt tələb edən bu işlərin, sistemli şəkildə həyata keçirilən layihələrin icrası zamanı Agentlik tərəfindən ötən müddət ərzində 38726 nəfər Azərbaycan, 6808 nəfər Türkiyə vətəndaşının işğaldan azad olunmuş ərazilərimizdə aparılan yol infrastrukturu layihələrində işə cəlb olunması üçün icazələr alınıb. Davamlı olaraq yol infrastrukturu layihələrində əlavə işçi qüvvəsinə ehtiyac yarandığı zaman yeni işçilərlə bağlı da icazələrin alınması davam etdirilir.
Qarabağın dirçəlməsi istiqamətində icra olunan yol infrastrukturu layihələri azad olunan torpaqlarımızda yeni və beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşmasını özündə əks etdirir. İnşa olunan yolların bölgənin inkişafının sürətlənməsi, regionun tranzit əhəmiyyətinin artırılmasında əvəzsiz rolu var.
Qeyd edək ki, ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən yol infrastrukturu layihələrinin icrası zamanı yerli şirkətlərlə yanaşı Azərbaycana dost ölkələrdən olan şirkətlərlə tərəfdaşlıq və təcrübə mübadiləsi aparılır, yolların tikintisində bu təcrübələrdən istifadə olunur.
Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı digər istiqamətlərdə olduğu kimi, yol infrastukturu sahəsi üzrə də inkişaf edir, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları dəyərləndirilir, bu sahədə genişmiqyaslı işlər həyata keçirilir. Bu istiqamətdə qardaş ölkənin yol tikintisi sahəsində ixtisaslaşmış şirkətləri ilə əməkdaşlıq edilir.
Azad edilmiş ərazilərdə icra olunan yol layihələrində qarşılıqlı fikir mübadiləsi və əməkdaşlığın aparılması sözsüz ki, fəaliyyətin daha səmərəli olmasına müsbət təsir göstərir. Bu istiqamətdə qısa müddət ərzində çox böyük işlərin görülməsi bunu bir daha sübut edir.
Qazandığımız Böyük Zəfərin ardından geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən qurulan bütün infrastruktur layihələr sayəsində əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq və bu canlanma təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına gətirib çıxaracaq.
TED + bölməsindən digər xəbərlər
Daha çox
iPhone 18 üçün pis xəbər
17.03.2026
18:00
Tesla Yüksəlir!
17.03.2026
17:28
iOS 27 Necə Olacaq?
17.03.2026
17:00
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
17.03.2026
16:30
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
17.03.2026
15:52
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
17.03.2026
15:23
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
17.03.2026
14:46
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
17.03.2026
14:12
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
17.03.2026
13:37
WhatsApp Statusları Ana Ekrana Gəlir!
17.03.2026
13:03
Biznesdə Süni İntellekt Dövrü
17.03.2026
12:30
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
17.03.2026
12:00
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
17.03.2026
11:27
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
13.03.2026
18:00
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
13.03.2026
17:17
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
13.03.2026
16:37
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
13.03.2026
15:47
Böyük Batareyaya malik Vivo X300s
13.03.2026
15:19
Yeni BMW 7 Seriyası Təqdim Edildi
13.03.2026
14:38
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
13.03.2026
13:53
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
13.03.2026
13:25
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
13.03.2026
13:00
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
13.03.2026
12:30
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
13.03.2026
12:00
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
12.03.2026
18:00
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
12.03.2026
17:20
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
12.03.2026
16:35
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
12.03.2026
16:03
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
12.03.2026
15:30
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
12.03.2026
14:50
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
17.03.2026
11:27
Biznesdə Süni İntellekt Dövrü
17.03.2026
12:30
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
17.03.2026
16:30
iPhone 18 üçün pis xəbər
17.03.2026
18:00
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
17.03.2026
14:12
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
17.03.2026
14:46
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
17.03.2026
12:00
WhatsApp Statusları Ana Ekrana Gəlir!
17.03.2026
13:03
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
17.03.2026
15:23
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
17.03.2026
13:37



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
