Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ
Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib. Yeni qulaqlıqlar Fransanın audiotexnika istehsalçısı olan Devialet şirkəti ilə birlikdə hazırlanıb. Birinci FreeBuds Pro-dan fərqli olaraq FreeBuds Pro 2-də səs keyfiyyətindən əlavə olaraq digər özəlliklər də yaxşılaşdırılıb. Onların arasında ətraf səs-küyün aktiv boğulması funksiyası və qulaqlıqların çalışma zamanı var. Huawei şirkətinin sözlərinə əsasən FreeBuds Pro 2-nin konstruksiyasında ilk dəfə olaraq Magnet Dynamic adlı 11 mm-lik drayverlərdən istifadə edilib. Sözügedən drayverlər şirkətin bütün qulaqlıqlarındakı drayverlər arasında ən geniş tezlik diapazonuna (14 Hz-dən 48 kHz-ə (kiloherz) qədər) sahibdirlər.
Bundan əlavə olaraq qulaqlıqlar adaptiv ekvalayzerə sahibdirlər və həmin ekvalayzer optimal şəkildə səsi tənzimləyir. Sözügedən qulaqlıqlarda 3 dinamik optimizasiya alqoritmindən istifadə edilir. Həmin alqoritmlər real zaman ərzində səs gücünün dəyişilməsini, istifadəçinin eşitmə kanalının strukturunu və qulaqlıqlardan istifadədə istənilən dəyişikliyi təyin edə bilirlər. FreeBuds Pro 2 All-Scenario Seamless AI Life adlı funksiyaya sahibdir. Sözügedən funksiya qulaqlıqların istənilən əməliyyat sisteminə sürətli və rahat qoşulmalarını təmin edir. Yeni qulaqlıqlar həmçinin 47 dB-ə (desibel) kimi ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər.
Qeyd etmək lazımdır ki, ilk FreeBuds Pro modelində bu göstərici 40 dB-ə kimi təşkil edirdi. Qulaqlıqlarda ətraf səs-küyün aktiv boğulması üzrə 3 rejim reallaşdırılıb: Standart, Komfort və Ultra. Bundan əlavə olaraq FreeBuds Pro 2-də şəffaf rejim də mövcuddur. Onun vasitəsilə istifadəçi qulaqlıqlardan istifadə edən zaman da ətrafdakı səsləri eşidə bilər. Qulaqlıqların gövdələri IP54 standartı üzrə sudan və tozdan qorunurlar. Ətraf səs-küyün aktiv boğulması funksiyasının aktiv olduğu halda FreeBuds Pro 2 4 saat, deaktiv olduğu halda isə 6.5 saat çalışa bilir. Şarj keysi ilə birlikdə isə bu göstəricilər 18 saat və 30 saat təşkil edirlər. Huawei FreeBuds Pro 2 11 iyul tarixində 199 avro qiymətində satışa çıxacaq.
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









