Adi avtomobilin istehsalından daha ucuz: Tesla Cybertruck-ın istehsalat xərci hesablanıb
Keçən ilin noyabr ayının sonunda Tesla şirkəti qeyri adi dizayna sahib Cybertruck adlı elektrikli pikap modelini təqdim etmişdi. Həmin vaxtda elektromobilin qeyri adi dizaynı bir çoxlarını təəccübləndirmiş və maraqlarını cəlb etmişdi. Lakin Sandy Munro adlı mütəxəssisin fikrincə bu cür qeyri adi dizayn heç də təsadüfi yaradılmayıb. Onun sözlərinə görə sözügedən dizayn Tesla şirkətinə Cybertruck-ın istehsalında milyonlarla dollar vəsait qənaət etməyə yardımçı olacaq.
Bu barədə TED.az saytı xəbər verib. Mütəxəssisin sözlərinə əsasən adi avtomobillərin gövdələrinin istehsalat texnologiyası ilə müqayisədə Tesla Cybertruck-ın gövdəsinin hazırlanma texnologiyası daha ucuz başa gəlir. Belə ki, ekzoskelet əsaslı platformadan və ultranazik paslanmaz poladdan istifadə istehsalat xərclərini aşağı salır. Bu məsələdə mütəxəssis növbəti misalı gətirib:
50.000 ədəd Ford F-150 pikap modelinin istehsalına 210 milyon dollar tələb olunursa, 50.000 ədəd Tesla Cybertruck-ın istehsalına 30 milyon dollar vəsait tələb olunacaq. Təbii ki, bu vəsait göstəricisinə yalnız istehsalat prosesi daxildir. Elektromobilin istehsalı üçün olan materialların qiymətləri bura daxil deyillər. Elon Musk özü şəxsən mütəxəssisin analizini qiymətləndirib. Musk qeyd edib ki, mütəxəssisin analizlərində həm doğru olan həm də doğru olmayan məqamlar var.
Dünya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








