AZ

AzTU-da “SABAH Magistratura” proqramı üzrə müəllimlərin işə qəbulu aparılır

4d214282efdcd6e8be6b41b7dae124d1.jpg
27.07.2022 22:40

Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb.

 

Universitetdən TED.az-a bildirilib ki, logistika və nəqliyyat, nəqliyyatda daşımaların təşkili, nəqliyyat texnologiyaları, iqtisadiyyat, statistika, biznesin idarə olunması, maliyyə, mühəndislik, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsi olan namizədlər müraciət edə bilərlər.

 

Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox