AZ

Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edirlər - FOTO

58ad81dd9cc5d3419ab9999bca6a0dcb.jpg
04.08.2022 18:40
Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edirlər (FOTO)Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Amerika Birləşmiş Ştatları ilə "Avrasiya Tərəfdaşlığı" proqramı çərçivəsində 01-05 avqust 2022-ci il tarixlərində Rumıniyanın Konstansa şəhərində keçirilən "Minalara qarşı tədbir və dalğıc hazırlığı təlimi"ndə iştirak edirlər.
 
 
Bu barədə TED.az-a Müdafiə Nazirliiyindən məlumat verilib.
 
 
Hər il keçirilən bu təlimin əsas məqsədi minalara qarşı mübarizə üsulları, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında tərəfdaşlarla müzakirə və təcrübə mübadiləsi aparmaq, eləcə də peşəkar münasibətlərin qurulmasından ibarətdir.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox