AZ

ADEX: “Karel” şirkəti IKT-110 radio interkom sistemini təqdim edir

 

dfc5ba90c2bbb6a8b913b63ec805ca06.png
10.09.2022 17:40

Türkiyənin “Karel” şirkəti Bakıda keçirilən ADEX sərgisində hərbi texnikanın ekipajları arasında koordinasiyalı işi təmin etmək üçün nəzərdə tutulmuş IKT-110 radio interfeysli interkom sistemini təqdim edib.

 

TED.az xəbər verir ki, sistem sayəsində döyüşçülər tapşırıq zonasından kənarda olan komandirlərindən birbaşa məlumat ala bilərlər.

 

Cihaz 9 istifadəçi arasında əlaqə saxlamağa imkan verir. IKT-110 qulaqlıqdan istifadəni təmin edir. Sistem həmçinin döyüş maşınına quraşdırılmış səsgücləndiricidən də istifadə etməyə imkan verir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox