AZ

İranda “Instagram” və “Whatsapp”a giriş məhdudlaşdırılıb

ecd6594b93665005b0a07bed20ab51e7.jpg
22.09.2022 16:20
İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə ölkədə “Instagram” və “Whatsapp” sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.
 
 
Bu barədə TED.az Fars informasiya agentliyinə istinadən məlumat verib.
 
 
Qeyd olunur ki, bu sosial şəbəkələrdə ölkənin milli təhlükəsizliyi əleyhinə addımlar atılır.
 
 
Qərarın nə vaxta qədər davam edəcəyi bəlli deyil.
 
 
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilir. O, şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox