“Bakcell”in dəstəyi ilə növbəti “Xəzəri qoruyaq!” kampaniyası - Fotolar

TED.az xəbər verir ki, Bakcell şirkətinin də tərəfdaşı olduğu “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyasının yekun aksiyası keçirilib. On ildən çoxdur təşkil olunan kampaniya bu il daha geniş miqyasda həyata keçirilib və ilk dəfə bütün Xəzər sahili rayonları əhatə edib.
Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
Bu il “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası “Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” və “Carlsberg Azerbaijan” şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN Xidmətin, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə həyata keçirilib. Aksiyanın təşkilatçılığında bir çox digər təşkilat, idarə və şirkətlər iştirak edib.
Sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə təşkil olunan təmizlik aksiyalarında 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.
Qeyd edək ki, son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq!" şüarı ilə artıq 10 ildən çoxdur ki iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.
Bakcell şirkəti artıq uzun illərdir ardıcıl olaraq bu aksiyada iştirak edir. Bu hərəkata qoşulan ilk mobil operator kimi Bakcell ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.
TED + bölməsindən digər xəbərlər
Yeni nəsil Volkswagen T-Roc gəlir.


Galaxy Watch 8 seriyası üçün ilk yeniləmə yayımlandı!


Tədbirdən əvvəl ChatGPT 5 sızdırıldı


iPhone qiymətləri qalxır! İstehsal ABŞ-a köçdü!


LG yanmış telefona görə təzminat ödəyəcək


Samsung daha üç model üçün yeniləmələri elan etdi


Samsung-un sərfəli planşetinə geri sayım


Steam bu Mac-lərdə işləməyəcək


Samsung 37 düymlük oyun monitorunu elan etdi


Galaxy S26 Ultra-nın şarj sürəti ortaya çıxdı


Elon Mask Elon Maskı mükafatlandırdı!


O, iPhone 16 Pro ilə 40 klip çəkdirib


WhatsApp-dan balansı dəyişəcək bir xüsusiyyət gəlir


ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


Həftənin ən çox oxunanları
O, iPhone 16 Pro ilə 40 klip çəkdirib


WhatsApp-dan balansı dəyişəcək bir xüsusiyyət gəlir


Samsung 37 düymlük oyun monitorunu elan etdi


Elon Mask Elon Maskı mükafatlandırdı!


Galaxy S26 Ultra-nın şarj sürəti ortaya çıxdı


Steam bu Mac-lərdə işləməyəcək


Tədbirdən əvvəl ChatGPT 5 sızdırıldı


Samsung daha üç model üçün yeniləmələri elan etdi


Galaxy Watch 8 seriyası üçün ilk yeniləmə yayımlandı!


Yeni nəsil Volkswagen T-Roc gəlir.

