Telefon, noutbuk qoyar heç? Bütün günü əllərində xarici kinoya baxırlar – Elə o vaxtı da texnologiyaya maraq böyük olub
“Əşi, indiki uşaqlar nə bilsineee bizim köhnə kinoları”, - deyir bəzən böyüklərimiz. “Telefon, noutbuk qoyar heç? bütün günü əllərində xarici kinoya baxırlar. Bizim vaxtımızda belə deyildi, belə şeylər yox idi, Vallah ...”, - deyə də əlavə edirlər bəzən.
Əslinə baxarsaq, elə o vaxt da texnologiyaya maraq böyük idi. Məsələn, televizor, radio üçün o vaxtlar da cavanlar "sino" gedirmiş. Lap elə bizim uşaqlığımıza təsadüf edən bir məqamı da demək yerinə düşər – Türkiyə müğənnilərinin audio kasetləri – lent yazıları əldən-ələ gəzərdi. Biri dinləyib bitirdikdən sonra o birinə, o da başqasına ötürərdi. O vaxt da deyərdilər ki, “indikilər Mahsuna, Əmraha, nə bilim Kayahana qulaq asır. Rubabənin, Şövkətin, Rəşidin yerini gör kimlər tutur. Bu cavanların musiqi zövqü yoxdur”.
Bəlkə də, belədir. Lakin yaddan çıxardığımız başqa bir məqam var – TEXNOLOGİYA! Texnologiya bizi dəyişir, zövqlərimizi, istəklərimizi dəyişir, dünyamızı qloballaşdırır, sərhədləri aradan qaldırır, bəzən də DƏYİŞİR. Dəyişməyənlər də var – texnologiyaya olan maraq. O vaxtlı, bu vaxtlı texnologiya insanlar üçün maraqlı olub.
Gəncləri QINAQ TABLOSUNA qoyan böyüklərimiz üçün kiçik bir xatırlama kifayət etdi. “Qaynana” filmində televizordan ayrıla bilməyən Afət, “Bəyin oğurlanmasında” kamera ilə çəkilən toy, “Uşaqlığın son gecəsində” namazın vaxtını deyən radio və s.
Bunlar texnologiya sayılmır? Hə, ola bilər dünyamız indiki ilə müqayisədə bir o qədər də inkişaf etməyib. Bəs görəsən, o vaxtlar kinolarımızda başqa hansı texnoloji vasitələrdən istifadə olunub, hansı texniki avadanlıqlar nümayiş edilib.
TED.az Sizə kinolarımızda istifadə edilən bəzi texnoloji avadanlıqları təqdim edir.
“Ay Murad, bura gəl bala. O radiyonu aç görüm azan vaxtıdı namazım keçir başıua dönüm”, - bu ifadə tanış gəlirmi? Nə çox, nə az tam 51 il öncə Uşaqlığın son gecəsi filmindən... Burada radio hələ də maddi və mənəvi baxımdan çox qiymətli texniki avadanlıq idi. İndi o avadanlığı çox güman ki, smartfonlarla əvəzləmisiniz...
“Ay nənəə, pul ver. İzahnan 3 manat, izahsız 2 manat”, - bu ifadə də tanış gəlir eləmi? Demək ki, hələ 1969-cu illərdə “Şərikli çörək” filmi bizə kinokameranın olduğunu göstərirdi. İndi o kinokameraları cinema+, netflix əvəz edir...
“- Rəşid, məni Zərifəylə bir yerdə çək. Məni də, məni də çək, hamımızı bir yerdə çək”. Yaxşı, burda durun, qoyun arxanızdakı o təzə saray da görünsün”, - bu da uşaqlığımızın filmi olan Sehirli Xalat. O vaxtkı fotoapartlarla “love story”, klip çəkilməsə də xatirə şəkli çəkilirdi...
Davam edək? Əlbəttə, davam etmək olar. Çünki o vaxtkı filimlərimizin sayı çoxdur, zamanına görə texniki, texnoloji avadanlıqlardan istifadə sayı da çox olub. İndi də istifadə olunur, lakin indi texnologiya sürətlə inkişaf edir. Buna görə də bu il çəkilən filimdəki texnoloji nümayişlə gələn ilki yerlə göy qədər fərqlənir.
Əslində mövzu filmlərlə əlaqəli deyildi. Məqsədimiz texnologiyaya hər zaman marağın olmasını göstərmək idi. Bu baxımdan əlbəttə ki, filimlər əvəzolunmaz vasitədir. Axı filimlər bizi göstərir...
Fidan ƏSƏD
TED + bölməsindən digər xəbərlər
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Xiaomi 18 Pro Max Ekranı və Kamera Təfərrüatları Açıqlandı
iPhone 18 Pro-da Dinamik Ada Kiçilməyə Bilər
WhatsApp Uşaqlar üçün Təhlükəsiz Hesablar Təqdim Edir
Xbox Rejimi Bütün Windows 11 kompüterlərinə Gəlir!
Növbəti Nəsil Xbox Alpha Versiyası 2027-ci ildə Hazır Olacaq
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Nvidia-nın OpenClaw Rəqibi Gəlir!
HUAWEI WATCH Ultimate 2 Yaşıl Versiyası Artıq Türkiyədə Satılır
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
MacBook Neo 2 iPad kimi olacaq!
OnePlus 15T-nin İlk Rəsmi Şəkli Açıqlandı!
Çip Böhranı Qayıda Bilər!
Google Mesajlarında Təsadüfi Mesajlar Artıq Yoxdur!
Huawei Pura 90 Təqdim Edildi
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Huawei, HarmonyOS 7-ni atlaya bilər!
Həftənin ən çox oxunanları
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
MacBook Neo 2 iPad kimi olacaq!
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
EA Sports Oyuna Əsl Futbolu Dərhal Gətirir!
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

