AZ

Çində təqaüd proqramına sənəd qəbulu aparılır

e39bca3051a108be0279eac6cc5c9e87.jpg
23.11.2022 12:40

Çin Xalq Respublikası 2023-2024-cü tədris ili üçün təqaüd proqramı elan edir.

 

Elm və Təhsil Nazirliyindən TED.az-a bildirilib ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

 

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına sənəd qəbulu dekabrın 25-dək davam edəcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2023-cü ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox