“MyGov” portalı ASAN Xidmətdən alınaraq bu nazirliyə verildi-PREZİDENTİN SƏRƏNCAMI
25.11.2022 18:57
Prezident İlham Əliyev Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni fərman imzalayıb.
TED.az xəbər verir ki, “Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 5 sentyabr 2012-ci il tarixli, “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 12 yanvar 2018-ci il tarixli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart 2018-ci il tarixli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 12 sentyabr 2018-ci il tarixli fərmanlarında dəyişiklik edilib.
Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Yeni fərmanla Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən “Elektron hökumət” portalı, “MyGov” portalı və Elektron Hökumət İnformasiya Sisteminin alt sistemləri), “Rəqəmsal icra hakimiyyəti” portalı, Milli Məlumat Mübadiləsi sistemi (“ASAN Bridge”), Vahid Giriş Sistemi (“ASAN Login”), “ASAN Finans” sistemi, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və İnformasiya Mənbələrinin Reyestri, “İcazələrin alınması və monitorinqi sistemi”, habelə həmin sistem və reyestrlərlə əlaqəli olan digər əsas və yardımçı informasiya sistemləri üç ay müddətində texniki-texnoloji infrastrukturu ilə birlikdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına veriləcək.
TED + bölməsindən digər xəbərlər
Daha çox
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15.09.2026
10:26
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
09.09.2026
22:39
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
09.09.2026
22:32
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
08.09.2026
14:40
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
03.09.2026
16:36
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
01.09.2026
20:24
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
28.08.2026
13:20
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
24.08.2026
09:46
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
20.08.2026
18:11
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
15.08.2026
11:52
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
11.08.2026
17:29
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
10.08.2026
17:34
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
05.08.2026
16:24
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
04.08.2026
11:44
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
22.07.2026
14:28
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
14.07.2026
17:40
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
10.07.2026
14:10
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
10.07.2026
10:16
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
10.07.2026
09:36
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
09.09.2026
22:39
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
09.09.2026
22:32
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15.09.2026
10:26



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










