AZ

Türkiyədə İstanbul hava limanına qədər sürətli metro xətti açılacaq

c177b0aa5586c53cafb8e30d9d16a157.png
23.01.2023 16:40

Bazar günü açılışı olacaq Kağıthane stansiyasından İstanbul Hava Limanına qədər olan metro xətti Türkiyənin ən sürətli metro xətti olacaq. Bu xətt üzrə qatarların sürəti saatda 120 kilometr olacaq.

 

TED.az-ın məlumatına görə, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.

 

"Bu, Türkiyənin ən sürətli metrosu olacaq. Kağıthanedən İstanbul Hava Limanına qədər gediş müddəti 24 dəqiqə təşkil edəcək", - deyə nazir qeyd edib.

 

Onun sözlərinə görə, xəttin ümumi uzunluğu 69 kilometrə çatacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox