“AzInTelecom” xaricdə təhsil alan tələbələr üçün təcrübə və təqaüd proqramı həyata keçirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının ölkəyə geri qayıdışını stimullaşdırmaq və ölkənin qabaqcıl şirkətində aktiv olan vəzifələr üzrə dəyərləndirilməsi məqsədilə təcrübə və təqaüd proqramına start verir.
Nazirlikdən TED.az-a bildirilib ki, bununla əlaqədar olaraq layihənin ilkin mərhələsində “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyi və “AzInTelecom” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Nazirliyin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin də iştirak etdiyi tərəfdaşlıq görüşündə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Layihə çərçivəsində Macarıstanda təhsil alan tələbələrə yay və qış semestr tətilləri zamanı “AzInTelecom” MMC-nin ixtisas sahələri üzrə müvafiq departamentlərində təcrübə keçmələri üçün şərait yaradılması nəzərdə tutulur.
Həmçinin “AzInTelecom” MMC-də olan iş imkanları haqqında ictimai birlik vasitəsilə Macarıstanda təhsil alan və ya məzun olanların birbaşa məlumatlandırılması, daxil olan müraciətlərin dəyərləndirilərək gənclərin işlə təmin edilməsi planlaşdırılır.
Eyni zamanda, “AzInTelecom” MMC yerli şirkət kimi bir ilkə imza ataraq memorandum çərçivəsində Macarıstanda təhsil alan tələbələrin bir neçəsini təhsil aldıqları müddət ərzində təqaüdlə təmin edəcək. Təqaüd veriləcək tələbələr əvvəlcədən müəyyən edilmiş kriterilər əsasında müsabiqə yolu ilə seçiləcək.
“AzInTelecom” MMC oxşar proqramların icrasını digər ölkələrdə təhsil alan Azərbaycan vətəndaşları ilə bağlı da davam etdirəcək.
Qeyd edək ki, “AzInTelecom” MMC ölkə daxilində təhsil alan tələbələrin və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə mütəmadi olaraq ödənişli təcrübə proqramları həyata keçirir. 2022-ci ildə elan olunan proqrama 2000-dən çox gənc müraciət edib. Onlardan 46 nəfər şirkətdə təcrübə keçmək şansı qazanıb. Proqramın sonunda öz aktivliyi, bilik və bacarıqları ilə seçilən 19 nəfər “AzInTelecom”da işlə təmin olunub. 2021-ci ildə isə təcrübə keçən şəxslər arasında fərqlənən 21 nəfər şirkətin əməkdaşı kimi fəaliyyətini davam etdirib.
TED + bölməsindən digər xəbərlər
ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


Həftənin ən çox oxunanları
Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


Meta ağıllı saatlarla gəlir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


ROG Xbox Ally bu tarixdə gəlir


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


Samsungun gəlirləri azaldı! Niyə?

